Maraq dünyası
Türk polis məmurunun oğluna Azərbaycandan bayraq hədiyyəsi - FOTO
Türkiyənin Gazipaşa şəhərində xidmət edən polis məmuru Naşit Dayanın azyaşlı oğlu televizorda gördüyü Azərbaycan bayrağına heyran qalıb. Və atasından Azərbaycan bayrağı istəyib.
Türkiyə mediasına istinadən xəbər verir ki, polis məmuru Naşit Dayan oğlunun bu istəyini yerinə yetirmək üçün sosial şəbəkə üzərindən Azərbaycan polisi ilə əlaqə yaradıb. Oğlu Yiğit Hamzanın onları və Azərbaycan bayrağını çox sevdiyini bildirərək onlardan bayraq istəyib.
Azərbaycan polisi bu xahişi yerinə yetirib və Yiğit Hamzaya bir ədəd böyük bayraq, bir neçə ədəd də fərqli ölçülərdə bayraq, o cümlədən üzərində “Şuşa” yazılmış idman forması göndərib.
Hədiyyə türk polisinin azyaşlı oğlunu çox sevindirib, ata-oğul nəhəng Azərbaycan bayrağını Türkiyə bayrağı ilə birlikdə evlərinin balkonundan asıb. Yiğit Hamza habelə bayraqlardan birini çarpayısının baş tərəfindən divara asıb.

“Azərbaycanı çox sevirəm. Azərbaycan qardaşdır. Bu bayraqları mənə Azərbaycan polisi göndərdi. Sevirəm deyə bayraq istədim. Bayraqları qoruyuram, yerə düşürmürəm. Kimsə oğurlamasın deyə gizlətmişəm. Böyüyəndə Azərbaycan polisi olmaq istəyirəm”,-türk polisinin oğlu bildirib. (virtualaz.org )
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü











.jpg)





















.jpg)