Maraq dünyası
Dünya 9 yaşlı bu azərbaycanlı qızdan danışır
Qərb və ərəb mətbuatı “Assoşeyited Press” (AP) agentliyinin DJ-lərin (“Disk Jokey”) dünya çempionatında 85 iştirakçı arasında 14-cü yeri tutan 9 yaşlı azərbaycanlı qız Mişel Rəsulun məharətindən bəhs edən məqaləsini yayıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, musiqi və disko səslərini idarə etməyi atası Vaqif Rəsulovdan öyrəndiyini söyləyən balaca Mişel hələ 5 yaşında, oxumağı və yazmağı yeni öyrəndiyində, bu sənətə meyil göstərib. Onun DJ-lik etdiyi musiqi parçaları arasında Azərbaycan təranələri də var.
COVID-19 səbəbindən bu il videoformatda keçirilən dünya çempionatında münsiflər heyətini heyran edən balaca qız AP agentliyinə müsahibəsində deyib ki, onun arzusu dünyanın ən məşhur “Disk Jokeyi” olmaqdır.
“Çempionatın ən gənc iştirakçısının dünyaşöhrətli rəqiblərini geridə qoyması göstərdi ki, Mişelin arzusu yerinə yetəcək”, - deyə agentliyin məqaləsində yazılıb.
Mişelin anası, keçmiş skripkaçı Səidə Rəsulova da qızının musiqi səslərini belə cəld idarə etməsinə təəccüb etdiyini deyib.
O deyib ki, balaca qızın sosial şəbəkədəki səhifəsi artıq 110 mindən çox izləyici toplayıb, dünyanın hər yerindən olan DJ-lər ona ismarışlar göndərirlər. Bundan başqa, Mişel pandemiyadan əvvəl keçirilən toy şənliklərinə də dəvət edilirdi.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)



.jpg)
























