Maraq dünyası
Azərbaycan zənginləri dünya elitasının qala gecəsində - FOTOLAR
Bodrumun cənnət güşələrindən birində yerləşən, dünyanın ən bahalı hotellərindən olan özəl “Villa Maçakızı” villa-hotelində (giriş məhduddur, ancaq xüsusi sifarişlə mümkündür) dünya elitasının, yaxud yüksək təbəqə (high society) nümayəndələrinin iştirakı ilə qala gecəsi keçirilib.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəbdəbəli axşam yeməyinin və qala gecəsinin iştirakçıları arasında Azərbaycandan olan zənginlər də yer alıb. Bu haqda Türkiyənin “Sabah” qəzeti yazıb.
Qala gecəsi iyulun 23-də rusiyalı supermodel və xeyriyyəçi Natalya Vodyanova tərəfindən qurulan “Naked Heart Foundation” tərəfindən təşkil edilib. Gecəyə Vodyanova ilə yanaşı, “Chopard” həmsədri Karolina Şeufel və “Chopard” şirkətinin Türkiyə təmsilçisi Şelli Ovadia başçılıq ediblər.
Qala gecəsinin önəmli qonaqları arasında Rusiya, Azərbaycan, Qazaxıstan, Qətər, İngiltərə və Türkiyədən yüksək təbəqə nümayəndələri olublar. Dəvətnamələrin qiyməti 25 min avrodan başlayır. Bu, dünyada ən bahalı qala gecələrindən və elit təbəqə nümayəndələrinin qatıldığı, elita arasında ən nüfuzlu ziyafət mərasimlərindən biri hesab edilən məclislərdəndir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
