Maraq dünyası
İynələr TARİXƏ QOVUŞUR: 3D çap peyvəndi hazırlandı
ABŞ-ın qabaqcıl universitetlərindən olan Stanford və Şimali Karolina Universitetinin (UNC) alimləri 3D çap peyvəndi hazırladıqlarını açıqlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.
Bildirilir ki, alınmış 3D çap peyvəndini insanlar özlərinə müstəqil şəkildə tətbiq edə bilərlər və xüsusi saxlanmaya ehtiyac yoxdur.
"Bu texnologiyanı inkişaf etdirərək, lap aşağı dozalarda, ağrısız və qayğısız şəkildə peyvəndlərin daha sürətli qlobal inkişafının əsasını qoymağa çalışırıq", - deyə Professor Cozef M. DeSimone bildirib.
"Bizim yanaşma, performans və maliyə baxımından ən yaxşı mikroiynələri hazırlamaq üçün çox sayda dizayn hazırlamaq sərbəstliyi verir. Bu, həmçinin bizə mikroiynələrin 3D çapına icazə verir", - mikrobiologiya və immunologiya kafedrasının tədqiqatçısı Şaomin Tia əlavə edib.
3D texnikası ilə sarğıya bənzəyən nazik yamaq üzərinə çap oluna bilən peyvəndin yamaqdakı mikro iynələr sayəsində dəri altına keçə biləcək. Bununla da şprisə və iynəyə ehtiyac qalmayacaq.
Elm adamları deyiblər ki, 3D texnikası ilə tətbiq edilən peyvən ənənəvi iynə ilə vurulan peyvənddən daha çox qorunmanı təmin edə bilir. Qeyd ediblər ki, qrip, qızılca, hepatit və hətta COVID-19 üçün mikroiynə peyvənd yamaqları yaradılacaq.
Hüseyn
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı




































.jpg)

.jpg)
