Maraq dünyası
Tvitterdən pul qazanmağın formulu - İlon Mask
"Tesla" və "SpaceX" şirkətlərinin qurucusu, tvitter sosial şəbəkəsinin sahibi iş adamı İlon Mask tvitter istifadəçilərinin platformada necə pul qazanacaqlarının formulunu açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, milyarder is adaşı Mask "Twitter Blue" və tvitterə gətirdiyi ödənişli abunə sistemlərindən sonra nə qədər qazandığını paylaşıb.
O öz hesabında abunəçilərin sayını göstərən ekran görüntüsünü paylaşdıqda, Maskın sosial şəbəkə hesabında abunə sistemindən nə qədər pul qazandığı ortaya çıxıb.
Musk abunə sistemi ilə bağlı tvitində pul qazanmağın bəzi məqamlarına toxunub.
O paylaşımında "Məzmun yaradıcıları bu platformada abunəlikləri aktivləşdirmək istəyə bilər. Parametrlərdə "Pul qazanma", yəni "Monetization" hissəsinə toxunmanız yetərlidir", - deyə bildirib.
İlon Maskın paylaşdığı fotoya görə, onun ən azı 27.400 mövcud abunəçisi var.
Maskın abunəçiləri isə iş adamına ayda təqribən 97 800 dollar qazandırır.
Qeyd edək ki, Mask, ayda 4 dollara onun hesbına abunə olan istifadəçilərin bir neçə həftədən bir ona istənilən sualı verə biləcəyini açıqlamışdı.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





































