Maraq dünyası
Evdəki bu əşyaları atın
Evdə mütəmadi olaraq istifadə etdiyimiz əşyaları tez-tez dəyişmək lazımdır. Mütəxəssislər bildirir ki, adi məişət əşyaları ciddi infeksiya mənbəyidir. Buna görə bəzi belə əşyaları tez-tez dəyişmək lazımdır.
Publika.az xəbər verir ki, gün ərzində dişlərimizi ən azı 2 dəfə fırçalayırıq. Bəzən onlardan 2-3 ay istifadə edirik. Üzərində toplana biləcək bakteriyaları nəzərə alaraq, diş fırçasını tez-tez dəyişmək sağlamlıq üçün faydalıdır.
Ölü dərilərimiz yataq dəstlərində toplanır, ona görə də onu tez-tez dəyişmək dərinizin sağlamlığı üçün faydalı olacaq. Həmçinin, üzümüzlə ən çox təmasda olan səthlərdən biri olan yastıq üzlərinin ən azı 2-3 gündən bir dəyişdirməklə daha keyfiyyətli yuxunu təmin edə bilərik. Üzümüzlə ən çox təmasda olan başqa bir maddə makiyaj fırçalarıdır. Dərinin sağlamlığı üçün makiyaj fırçalarını tez-tez təmizləməli və mütəmadi olaraq dəyişdirmək lazımdır. Makiyaj fırçaları kimi, makiyaj süngərlərini də tez-tez yeniləmək lazımdır.
Qab süngəri də üzərində çoxlu bakteriya olan əşyalardan biridir. Qabların yuyulma tezliyinə uyğun olaraq qab süngərinizi də tez-tez dəyişdirmək şərtdir. Dəsmallar rütubətli olduqları üçün bakteriyaların sürətlə böyüyə bildiyi bir mühitdir. Həm üz dəsmalını, həm də əl dəsmalını tez-tez dəyişdirmək lazımdır. Hamam xalatlarını isə mütəmadi olaraq yumaq şərtdir. Hamam dəsmalı nəmli olduğundan, bakteriyaların çoxalmasına imkan verir və ölü dərini yığır. Bu səbəbdən can dəsmallarını ayda bir dəfə dəyişdirmək lazımdır.
Aysel Şahmar
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
-
Rəsmi xronika12:42Prezident ona yüksək vəzifə verdi - FOTO
-
Rəsmi xronika11:44Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxıblar
-
İdman11:00Bir qadın və 47 kişi: Kurasao millisindəki bu gözəl kimdir? - FOTOLAR
-
Nida Xəbər 10:24Əli Əsədov sərəncam imzaladı
-
MDB09:30Rusiyanın bu vilayəti yanır: 50 desant qrupu köməyə göndərildi
-
Dünya09:00Hörmüz boğazını İran idarə edəcək - Qalibaf



















.jpg)



















