Maraq dünyası
Başı ağrıdı, ürəyi bulandı, yaddaşı itdi: Qadının beynindən 8 santimetrlik canlı... - FOTO
Avstraliyanın paytaxtı Kanberrada qadının beynindən cərrahi yolla 8 santimetr uzunluğunda canlı qurd çıxarılıb.
Publika.az xəbər verir ki, 64 yaşlı qadın 2021-ci ilin yanvar ayında qarın ağrısı və 3 həftə davam edən ishal, həmçinin quru öskürək, qızdırma və gecələr həddindən artıq tərləmə kimi şikayətlərlə xəstəxanaya müraciət edib. 2022-ci ildə qadının şikayətlərinə unutqanlıq və depressiya əlavə edildikdə, o, Kanberradakı xəstəxanaya göndərilib.
Anormal beyin fəaliyyəti aşkar edildiyi üçün MRT müayinəsi olan qadının əməliyyat olunmasına qərar verilib. Həkimlər əməliyyat zamanı qadının beynindən uzunluğu 8 santimetr, eni 1 millimetr olan canlı qurd çıxarıblar. Müayinə üçün laboratoriyaya göndərilən qurdun, adətən pitonlarda görülən parazit olduğu müəyyən edilib.

Tədqiqat, parazitin insanlarda görüldüyünə dair əvvəlki hesabatların olmadığını qeyd edib. Xəstənin yaşadığı evin yaxınlığında gölün olduğu və gölün ətrafında piton növünün məskunlaşdığı bildirilib. Qadının gölün ətrafındakı otlara toxunması və ya yeməklərində ətrafdan topladığı bitkilərdən istifadə etməsi nəticəsində ilanın bədənindən xaric etdiyi parazitin yumurtasının onun bədəninə daxil olduğu təxmin edilir.
Nəzrin
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu




































