Maraq dünyası
Cənnətə ölməmiş də getmək olar: Dünyanın gözəllik tacı DALYAN - FOTOLAR
Ege ilə Aralıq dənizinin qovuşduğu, tarixi və təbii gözəllikləri ilə dünyanın ən gözəl yerlərindən biri olan Ortaca sərhədləri içərisində yerləşən Dalyan kanalı səyahətçiləri ovsunlayır. Bölgədəki möhtəşəm Dalyan kanalı tarixin, təbiətin və turizmin mərkəzinə çevrilib.
Publika.az xəbər verir ki, Avropanın ən yaxşı 10 çimərlik bölgəsindən biri olan İztuzu ilə bitişik olan Dalyan kanalı əsl təbiət möcüzəsidir. Ən son abadlıq və kanal təmizliyindən sonra ora görünüşü və qaya məzarları ilə insanları özünə cəlb edir.
Kanalın uzunluğu 10 kilometrdir. Kanal üzərində qayıq turları təşkil olunur. Türkiyənin ilk qorunan ərazilərindən biri olan Köyceğiz-Dalyan Xüsusi Ətraf Mühit Mühafizə bölgəsi şirin su balıqları üçün əhəmiyyətli bir yaşayış yeri olmaqla yanaşı, bir çox bitkilərə də ev sahibliyi edir. Bu gün bölgənin tanıdılması istiqamətində ciddi işlər görülür.
Həmçinin təbiət gözəlliklərini növbəti dövrlərə köçürmək üçün xüsusi mühafizə və abadlıq işləri də görülür.
Aysel Şahmar
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































