Maraq dünyası
Kişilərin aşiq olduğunu göstərən 6 əlamət
Münasibətə başlamazdan əvvəl və ya sonra qarşı tərəfin hissləri ilə bağlı bəzən şübhələr yaranır.
Sevgini tez-tez dilə gətirmək və hissləri izah etmək əhəmiyyətli detal olsa da, daha vacib olan sevginin davranışlarda əks olunmasıdır. Hər insanın aşiq olarkən hisslərini ifadə etmə tərzi fərqli olsa da, bu hisslər ümumi davranışlarda mütləq özünü göstərir.
Publika.az həmin davranışları oxucularına təqdim edir:
1) Hər zaman sənə baxırsa
Xırda və sadə işləri belə edərkən onun sizə baxdığını hiss edir və görürsünüzsə, çox güman ki, həmin insan sizə aşiqdir.
2) Keçmişdə yaşadıqlarınıza hörmət edirsə
Hər birimizin həyat kitabında səhvlər və yaşanmışlıqlar olur ki, bəzən yeni münasibətə başlayanda qarşı tərəf bunlara hörmətlə yanaşmır. Əgər partnyorunuz keçmişiniz haqqında, o cümlədən fəxr etmədiyiniz anlar haqqında çox şey bilirsə və hələ də sizinlədirsə, demək ki, sizinlə düşündüyünüzdən daha çox maraqlanır. Başqa bir insanın yalnız xoş tərəflərini deyil, bütün mənfilərinə hörmət etmək sevginin göstəricisidir.
3) Xətrinizə dəyməməyə çalışırsa
Hər bir insanın özünə məxsus davranışları var. Biz həmişə onların digər insanlara necə təsir etdiyini tam başa düşmürük. Əgər tərəfdaşınız getdikcə münasibəti dərk edirsə və sizi incitməyəcək, məyus etməyəcək şəkildə davranmağa çalışırsa, bu, hər şeyin yaxşı olduğu mənasına gəlir. Ancaq unutmayın ki, bir şeydən narahatsınızsa və ya onun sizə fərqli davranmasını istəyirsinizsə, onunla söhbət etmək bunu özünün başa düşməsini gözləməkdən daha yaxşıdır.
4) Sizi xoşbəxt edən incə detallara fikir verirsə
Hamımız böyük jestləri sevirik, amma ən vacib olan kiçik şeylərdir. Məsələn, sevimli dondurmanızı, kədərləndiyiniz zaman baxdığınız televiziya şousunu və ya ilk ev heyvanınızın adını xatırlayırsa, deməli, partnyorunuz sizə dəli kimi aşıqdir.
5) Sizə qarşı dürüstdürsə
Münasibətdə fikirlərinizi və hisslərinizi paylaşmadan güclü münasibət qurmaq çətindir. Əgər kişi qorxuları həmçinin, problemləri haqqında sizinlə açıq şəkildə danışmağa hazırdırsa, deməli, sizə güvənir və öz gələcəyini sizinlə görür.
6) Ünsiyyət qurmaqdan qaçmırsa
Münaqişələri həll etmək və partnyorunuzu xoşbəxt etmək üçün sevgi lazım olsa da, susmaq problemi həll etməyəcək. Hər ikiniz emosiyaları kənəra qoyduqdan sonra partnyorunuz məsələni sakitcə danışmağa hazır olmalıdır. Ünsiyyət möhkəm münasibətin açarıdı, sizi sevən kişi eqosunu bir kənara qoymalı və səhv edə biləcəyini qəbul etməlidir.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































