Maraq dünyası
Daha bir planetdə həyat aşkarlandı - Sübutlar var
Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu uzaq planetdə həyat əlamətləri ilə bağlı təsdiqlənməmiş məlumatlar əldə edib.
Publika.az xəbər verir ki, mütəxəssislər teleskopun planetdə dimetil sulfid (DMS) adlı molekulu aşkarlamış ola biləcəyini və bu molekulun Yer kürəsində yalnız canlılar tərəfindən istehsal olunduğunu bildirirlər. Bununla belə, tədqiqatçılar 120 işıq ili uzaqlıqdakı planetin aşkarlanması ilə bağlı təsbitin “kifayət qədər güclü olmadığını” və molekulun varlığını təsdiqləmək üçün daha çox məlumatın lazım olduğunu vurğulayıblar.
Tədqiqatçılar həmçinin planetin atmosferində metan qazı və karbon qazı da (CO2) aşkar ediblər. Bu qazların aşkarlanması K2-18b planetinin su okeanına malik olması mənasına gələ bilər. Kembric Universitetində tədqiqata rəhbərlik edən professor Nikku Madhusudhan bildirib ki, onun bütün komandası məlumatlardan “şoka düşüb”.
"Yer üzündə DMS yalnız canlılar tərəfindən istehsal olunur. Yer atmosferində onun böyük hissəsi dəniz mühitində fitoplanktondan yayılır", - deyə professor bildirib.
Lakin o əlavə edib ki, DMS-nin aşkarlanması hələ qəti deyil və onun varlığını təsdiqləmək üçün daha çox məlumat lazımdır. Bu məlumatların bir ildən sonra gəlməsi gözlənilir.
"Əgər təsdiqlənərsə, bir çox böyük bir hadisədir. Amma belə böyük bir iddia irəli sürsək də, mən düzgün nəticələr əldə etmək barədə özümü məsuliyyətli hiss edirəm, - Madhusudhan deyib.
Astronomlar uzaq bir ulduzun ətrafında fırlanan planetdə DMS ehtimalını ilk dəfə aşkar ediblər.
Bununla belə, nəticələr ehtiyatla araşdırılır. Bildirilir ki, 2020-ci ildə Veneranın buludlarında yaşayan orqanizmlər tərəfindən istehsal edilən fosfin adlı başqa bir molekulun mövcudluğu ilə bağlı iddia bir il sonra təkzib edilib.
Yenə də araşdırmadan müstəqil olan London Krallıq Astronomiya Cəmiyyətinin direktor müavini Dr. Robert Massey nəticələrdən məmnun olduğunu deyib.
“Biz yavaş-yavaş kainatda tək olub-olmadığımızla bağlı böyük suala cavab verə biləcəyimiz nöqtəyə doğru irəliləyirik”, - deyə Massey deyib.
Nəzrin
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO

































.jpg)



