Maraq dünyası
Dövlət orqanlarında işləyənlərə "Ayfon"dan istifadə qadağan olunacaq?
Çin hökumət işçilərinə iPhone qadağası ilə bağlı xəbərləri təkzib edir.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Çinin dövlət işçilərinə "iPhone"-dan istifadəni qadağan etməsi ilə bağlı son xəbərlər ölkənin xarici işlər nazirliyi tərəfindən təkzib edilib. Nazirliyin sözçüsü Mao Ning açıqlamasında sözügedən xəbərin əsassız olduğunu bildirib:
"Çin Apple kimi xarici markalı telefonların alınmasını və istifadəsini qadağan edən qanunlar və ya qaydalar dərc etməyib".
O, Çin hökumətinin informasiya və kibertəhlükəsizliyə böyük əhəmiyyət verdiyini, həm yerli, həm də xarici şirkətlərə eyni yanaşdığını qeyd edib.
Mao, həmçinin Çinin bütün mobil telefon şirkətlərinin qanun və qaydalara ciddi şəkildə əməl edəcəyinə və informasiya təhlükəsizliyinin idarə edilməsini gücləndirəcəyinə ümid etdiyini vurğulayıb.
Məlumat üçün bildirək ki, Çin hökumətinə bağlı qurumlarda çalışan şəxslərin ABŞ-da yerləşən texnologiya şirkəti "Apple" tərəfindən istehsal olunan iPhone və digər cihazların iş yerində istifadəsinə və onları ofisə gətirməsinə qadağa qoyulması xəbərindən sonra sözügedən şirkət təqribən 200 milyard dollar ziyana uğrayıb.
Mehti Kamiloğlu
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































