Maraq dünyası
34 il əvvəl yoxa çıxan asteroid göründü: Yerə yaxınlaşır
Diametri 1,2 kilometrə qədər olan potensial təhlükəli asteroid 34 ildən sonra yenidən Yerə yaxınlaşır. Oktyabrın 3-də o, planetimizdən təxminən altı milyon kilometr məsafədə uçacaq.
Publika.az xəbər verir ki, bu barədə NASA-nın saytı məlumat yayıb. Səma cismi ilə Yer arasındakı minimum məsafə 0,042 astronomik vahid və ya demək olar ki, 6,3 milyon km olacaq. Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən astronomik obyektlər potensial təhlükəli hesab olunur.
Asteroidin diametri, alimlərin fikrincə, 520 ilə 1200 metr arasında ola bilər. Obyektin sürəti saniyədə 20,96 kilometrdir.
Astronomlar asteroidi ilk dəfə 30 sentyabr 1989-cu ildə görüblər. Obyekt 33,5 il ərzində “yoxa çıxdı” və alimlər onu növbəti dəfə 2023-cü il fevralın 13-də müşahidə ediblər.
Asteroid Yer-krosserlərə - Yerin orbitindən keçən asteroidlərə aiddir. Lakin bu o demək deyil ki, belə bir obyekt mütləq planetlə toqquşacaq.
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC




































