İnanc
İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunub?
İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması ilə bağlı nəzər ayrılıqları vardır. Bəziləri Kərbəlada, bəziləri Nəcəfdə, bəziləri Mədinədə, bəziləri Dəməşqdə və hətta Qahirədə belə dəfn edildiyini iddia edirlər.
Publika.az deyerler.org-a istinadən bildirir ki, Seyyid ibni Tavus "Luhuf"da yazır: "Nəql edilir ki, İmam Hüseynin (ə) başını Kərbəlaya qaytardılar və Kərbəlada mübarək bədəni ilə birlikdə dəfn etdilər. Əhli-Beyt (ə) tayfası da dediyimiz bu mənanı qəbul edir". Bu kəlamdan belə başa düşmək olur ki, Əhli-Beyt (ə) davamçılarının əqidəsinə görə İmamın (ə) mübarək başı bədəni ilə birlikdə dəfn olunmuşdur.
Şeyx Təbərsi "Tacul məvalid" kitabında yazır: "Bəzi imamiyyə səhabələri deyirdilər: "İmam Hüseynin (ə) başı Şamdan gətirilmiş və Həzrətin Kərbəlada olan bədəninə qovuşdurulmuşdur"".
Qədimi kitablardan olan Əbu Reyhan Biruninin "Əsari-baqiyədə" oxuyuruq ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də cənazəsinə qovuşdurulmuşdur.
İbni Cuzi "Təzkirətul-xəvas" kitabında yazır: "Ən məşhur hədis
odur ki, Hüseyn ibni Əlinin (ə) başı Mədinədən Kərbəlaya gətirilmiş
və cənazəsi ilə birlikdə dəfn olunmuşdur".
Zəkəriyya ibni Muhəmməd Qəzvini "Əcayibi-məxluqat" kitabında yazır:
"Səfər ayının birinci günü Bəni-Öməyyənin bayram günüdür ki, o
gündə Hüseynin (ə) başını Dəməşqə daxil etdilər və səfər ayının
20-də Hüseynin (ə) mübarək başı Kərbəlaya qaytarıldı".
Bu mənbələrdən belə nəticəyə gəlmək olur ki, İmamın (ə) mübarək
başı səfər ayının 20-də Kərbəlaya qaytarılmış və İmamın (ə) mübarək
bədəni ilə birlikdə dəfn olunmuşdur.
-
İdman22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"





































