İnanc
Ölümə necə gözləməli? - XXI əsrin “Ölüm sənəti”
Böyük Britaniyanın katolik kilsəsi orta əsrlərdə geniş yayılmış "Ölüm sənəti" təlimatını XXI əsrin reallıqları üzrə yeni versiyada dərc edib.
Publika.az xəbər verir ki, bu haqda "The Guardian" bildirib.
Material ağır xəstələrə və onların yaxınlarına kömək etməli olan saytın yaradılması üçün əsas rol oynayıb. Kilsənin nümayəndələri iddia edirlər ki, sayt yalnız katoliklərə deyil, həm də istənilən həyatdan getməyə hazırlaşan şəxsə və onun yaxınlarına faydalı olacaq.
"Biz uşaq dünyaya gəlmədən əvvəl hazırlaşırıq, nə almaq lazım olduğunu və ona hansı adın qoyulacağını düşünürük. Niyə bu qayda ilə ölümə hazırlaşmırıq?" – London Kral Kollecinin tibb üzrə mütəxəssisi Ketrin Sliman deyib.
Orijinal "Ölüm sənəti" (Ars Moriendi) XV əsrin birinci yarısında yazılmışdı və Avropada taun epidemiyası zamanı geniş yayılıb. Burada ölümqabağı dualar var idi, mənəvi və praktik baxımdan ölümə hazırlaşmağın yolları göstərilirdi.
Ömər Dağlı
-
İdman22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"





































