İnanc
Bürclərə görə pul kisəsinə bərəkət gətirən talismanlar və totemlər
Yəqin ki, çoxunuz uşaqlıqda evdə fit çalanda valideynləriniz dəfələrlə sizi buna görə tənbeh edib. "Evdə fit çalmazlar, yoxsa yoxsulluq gətirəcək" kimi fikirlər müxtəlif xalqların inanclarında da rast gəlinir.
Ümumiyyətlə müxtəlif ölkələrin ənənələrinə nəzər salsaq, onda pulla bağlı çoxlu sayda oxşar mövhumatlar tapa bilərik.
Publika.az bu yazıda pul kisəsinə bərəkət gətirən, rifahı yaxşılaşdırmağa kömək edəcək beş ən geniş yayılmış ritualdan bəhs edib.
Qırmızı pul kisəsi

Pul kisəsi seçimində sarı, narıncı, qəhvəyi, qızılı, gümüşü, darçın çaları, ağ və boz rəngli modellərə üstünlük verin. Çünki məhz onlar təbii torpaq çalarları sayılır və fen-şui fəlsəfəsinə əsasən var-dövlət və uğur cəlb edir. Bundan başqa, qırmızı rəngə diqqət yetirmək lazımdır. Bu çalar Od ünsürünü xarakterizə edir, həmçinin enerji və bərəkət rəmzidir.
Xırdalanmayan əsginas
Fikirlər var ki, xırda sikkələr yalnız xırda pul cəlb edə bilər, ona görə də talisman seçimində iri məbləğdə pullar seçməyə çalışın. Bundan başqa, daha bir şərti var ki, saxladığınız iri məbləğdə pulun tarixçəsi olmalıdır. Məsələn, bu, ilk maaşınız ola bilər, yaxud da sizə içində müəyyən məbləğ olan yeni pul kisəsi hədiyyə olunubsa, onu saxlayın. Onu da unutmaq olmaz ki, iri məbləği pul kisəsinin ayrıca cibində saxlamaq lazımdır.
Qədim və nadir pul
Məhdud tirajla buraxılan nadir pul əsginasları, ya da qədim sikkələr maliyyə işlərində uğur cəlb edə bilər.
Zənginlik gətirən daşlar

Astrologiyaya inananlar uğur və sərvət cəlb edəcək cəlb daşlara diqqət yetirməlidir. Amma unutmayın ki, seçdiyiniz daş zodiak işarəsinə uyğun olmalıdır.
Qoç: ametist, heliotrop;
Buğa: əqiq;
Əkizlər: qranat, beril;
Xərçəng: zümrüd, kalsit;
Şir: rubin, serpantin;
Qız: yəşəm, aşma, kianit;
Tərəzi: brilliant;
Əqrəb: opal, pişik gözü;
Oxatan: lazurit, firuzə;
Oğlaq: oniks, malaxit;
Dolça: yaqut, obsidian;
Balıq: xrizolit, ay daşı.
Otaq bitkiləri

Maliyyə vəziyyətini yaxşılaşdırmağın daha bir üsulu tərəqqi və var-dövlət simvolu olan bitkilər yetişdirməyə başlamaqdır. Buraya: Beqoniya, kalanxoe, qloksiniya, primula, fars alp bənövşəsi, bənövşə və bambuku daxil etmək olar. Bundan başqa gülün vəziyyətinə əsasən (çiçək açması və ya solması) sizi böyük maliyyə itkiləri gözlədiyini, yaxud əlinizə çoxlu pul keçəcəyini əvvəlcədən müəyyən etmək olar. Məsələn, əgər bitkinin yarpaqları qəflətən tökülməyə başlayırsa və ya səbəbsiz olaraq quruyursa, xərclərinizi azaldın, çünki sizi yaxın gələcəkdə pul itkiləri gözləyir. Və əksinə, əgər bitki çiçək verməyə başlayırsa, qonorar almaq şansınız var.
Aytən
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır

























.jpg)











