İnanc
Siğə düzgündürmü?
Siğə (müvəqqəti nikah) İslama qədər ki, cahiliyyət dövrünün adətlərindən biri olmuş və Allah Təala içkini tədricən mərhələli şəkildə qadağan etdiyi kimi, Peyğəmbər (sallallahu aleyhi va səlləm) də Uca Allahın hikməti, izni və istəyilə eyni ilə bu şəkildə bir müddətdən sonra siğəni haram etmişdir. Həzrəti Əli (Allah ondan razı olsun) rəvayət etmişdir ki, "Xeybərin fəthi günü Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) siğəni və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur". (Buxari, 4216).
Publika.az-ın məlumatına görə, rəvayət edilir ki, "Qureyşli bir gənc Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi izn ver zina edim.". Səhabələr ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı olsun) dedi: "Yaxın gəl!" O yaxına gəldikdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı olsun) dedi: "Öz anana rəva edə bilərsənmi?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da bunu öz qızlarına rəva bilməzlər. Bunu öz bacına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da bunu öz bacıları üçün rəva bilməzlər. Bunu bibin üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" "İnsanlar da bunu öz bibiləri üçün rəva bilməzlər. Bunu öz xalan üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O buyurdu: "İnsanlar da bunu öz xalaları üçün rəva bilməzlər". Sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı olsun) əlini onun çiyninə qoyub dedi: "Allahım Onun günahlarını bağışla, qəlbini təmizlə və ismətini qoru. Bu hadisədən sonra o gənc heç vaxt zinaya meyl etmədi". (Əhməd. Müsnəd 5/256)
zikr.az
-
İdman22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin121:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa20:48Zelenski ABŞ-a tələb irəli sürdü
-
Səhiyyə20:12Sursat partlayışı nəticəsində xəsarət alan şəxsdən xəbər var
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"





































