İnanc
Allah insanı özbaşına buraxıbmı?
İmam Baqirin (ə) zamanında Həzrətlə (ə) Həsən Bəsri adlı bir alim arasında münazirə baş vermişdi. (Tebyan)
Həsən Bəsri İmamın (ə) yanına gəlir və deyir: "Gəlmişəm ki, sizə
sual verim". İmam (ə) buyurur: "Məgər sən Bəsrə camaatının fəqihi
deyilsən?".
Deyir: "Bu cür deyirlər".
İmam (ə) buyurur: "Öhdənə böyük iş götürmüsən. Eşitmişik ki,
deyirsən Allah insanları öz halına buraxmışdır?".
Həsən Bəsri sakit oldu.
İmam (ə) buyurdu: "Əgər Allah kimisə aman vədəsi versə, o, məgər
nədənsə qorxa bilərmi?".
Deyir: "Yox".
Buyurur: "Mən bir ayə oxuyacağam ki, sən onu səhv təfsir
etmisən".
Soruşdu: "Hansı ayə?".
Buyurdu: "Onlarla (şəhərləri ilə) bərəkət verdiyimiz şəhərlərin
(Şam torpaqları) arasında aşkar (yaxın və bir-birinə bitişik)
şəhərlər yaratmış və onların arasında gediş-gəliş müəyyən etmiş və
məhdudlaşdırmışdıq (məskənlərin fasiləsi və onların arasındakı
get-gəlin miqdarı bir ölçüdə idi və onlara buyurduq:) "Gecələr və
gündüzlər bu şəhərlərin arasında aramlıq və əmin - amanlıqla
get-gəl edin"". ("Səba" 18). Eşitmişik ki, əmin sözünü Məkkə kimi
təfsir etmisən. Vay olsun sənə! Bu necə təhlükəsizlikdir ki,
insanların malları oğurlanır? Davamlı olaraq kimlərsə
öldürülür?".
Sonra İmam (ə) öz mübarək sinəsinə işarə edərək buyurur: "O
mübarək kəndlər bizik".
Həsən Bəsri deyir: "Məgər Quranda belə bir ayə vardır ki, insanlara
kənd deyilsin?".
İmam (ə) buyurur: "Bəli. "Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və
Onun peyğəmbərlərinin əmrindən boyun qaçırtdı". ("Təlaq" 8). Məgər
boyun qaçırdanlar daş-divardır, yoxsa insanlar?".
Deyir: "Bəli, məqsəd həmin insanlardır".
Buyurur: "Və bizim orada (içində) olduğumuz cəmiyyətdən
(misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən
biz doğruçuyuq". ("Yusif" 82). Burada kənddən sual olunur, yoxsa
insanlardan? Kənd, yəni bizim Əhli-beyt (ə) alimləri və seyr
dedikdə məqsəd elmdir. Yəni, hər kim bizə tərəf gələr, halal və
haramı bizdən öyrənər, artıq şəkk və şübhədən amanda olar. Çünki
əhkamı öyrənməli olduğu yerdən öyrənər. Çünki Əhli-beyt (ə) elmin
varisləridir və seçilmiş övladlardır. O övladlar bizim
övladlarımızdır, nəinki sən və sənin kimisi. Məbada deyəsən ki,
Allah insanları öz halına buraxmışdır. Çünki Allah Təala süst və
zəif olmaz ki, işini insanların öhdəsinə qoysun. Onları heç bir
şeyə məcbur etmir, bu halda onlara zülm olunardı".
(deyerler.org)
-
ABŞ03:43Edamdan sağ çıxan qadın yeni xəbər var
-
Dünya02:12Əfqanıstan-Pakistan sərhədində gərginlik - Silahlar işə düşdü
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qəfil romantik yaxınlaşma sizin üçün sürpriz ola bilər
-
Magazin210 Oktyabr 23:24İpek Tanrıyar dəfnə sinəsi açıq gəldi, tənqid olundu - FOTO
-
Elm və təhsil10 Oktyabr 22:48Qarabağ Universitetinin müəllimi hakim təyin olundu - FOTO
-
ABŞ10 Oktyabr 22:24Trampdan Zelenskiyə Rusiya ilə bağlı TƏLƏB - “O, buna mütləq son qoymalıdır”
-
Səhiyyə10 Oktyabr 21:00Qonşu ölkədə xərçəng diaqnozu ikiqat artdı
-
Magazin110 Oktyabr 20:24Lətifə bu kanalda aparıcılıq edəcək









.jpg)














.jpg)







.jpg)



