İnanc
Qədimdən gələn ənənə – Hədik mərasimi - - VİDEO
Uşaqlarla bağlı el mərasimləri əsrlərboyu yaşadılaraq bu günə qədər gəlib çatıb. Xalqımızın belə mərasimlərindən biri də uşağın ilk dişinin çıxması münasibətilə keçirilən diş hədiyi mərasimidir.
Ağdam rayonu Qaradağlı kənd sakini Roza Ağaməmmədova bildirib ki, qədim inanclara görə, əsasən ailə üzvlərinin, qohum-qonşu qadınların və uşaqların iştirak etdiyi bu mərasimdə körpənin dişinin asanlıqla çıxması üçün hədik bişirilir. Hədiyin bişirilməsində yeddi növ paxlalı və dənli bitkidən (buğda, qarğıdalı, lobya, mərci, noxud və s.) istifadə edilir. Bunlar bir gün qabaqcadan suya qoyulur, bişmə müddətləri müxtəlif olduğuna görə ayrı-ayrılıqda bişirilir. İri qazanda soğan qovurulur. Yarıbişmiş məmulatlar qovurulmuş soğan olan qazana tökülür, istəyə görə duz əlavə edilir, hazır olanadək bişirilir.
Hədiyin bir hissəsi nimçələrdə qohum-qonşulara paylanır, xeyir-duaları alınır. Qaydaya görə, hədik qabı boş qaytarılmaz, içinə hədiyyə və ya şirniyyat qoyulur. Hədikdən bir pay isə quşlar üçün ayrılır və bu bayatı deyilir:
Günlər ötsün ay olsun,
Dişləri havay olsun.
Balamın hədik payından
Quşlara da pay olsun.
Həmin pay quşlara ona görə verilir ki, onlar da uşağa alqış etsinlər. Hədiyin qalanı isə mərasimə toplaşanlar arasında bölünür. Mərasim zamanı diş çıxarma ilə bağlı bayatılar oxunur, uşaqlar şənlənir.
Diş hədiyi mərasimi barədə danışan filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova bildirib ki, hədiyin bişirilməsi imitativ magiyanın - təqlidi sehrin təzahürüdür. İnsanlar inanırlar ki, bu dənlər çırtladığı kimi, uşağın dişinin yeri də çırtlayacaq və diş uşağa əziyyət vermədən çıxacaq. Bişirilmiş hədikdən uşağa da dadızdırırlar ki, burada kontagioz magiya - təmas sehri öz təsirini göstərməyə başlayır. Yəni, dənlərlə təmasa girən uşağın damağı da onlar kimi asanlıqla çırtlayır.
Onun sözlərinə görə, dənli bitkilərin məhsuldarlıq, bolluq, bar-bərəkət kimi sabit semantik yükə malik olması bir çox alimlər tərəfindən qeyd edilib. Hədik də qədim insanların məhsuldarlıq, bar-bərəkət, artım inamları ilə əlaqədar olan dənli bitkilərdən hazırlanır.
A.Ramazanova folklorda hədiklə bağlı bir rəvayətin olduğunu da vurğulayıb: “Deyilənə görə, hədikdən xörək kimi ilk dəfə Nuh peyğəmbərin zamanında istifadə olunub. Belə ki, Nuh peyğəmbərin bütün canlılardan bir cüt yığdığı gəmidə qida qurtarır. Peyğəmbər çıxılmaz vəziyyətdə qalır. Çuvalların dibində hərəsindən yarım ovuc qalan dənli və paxlalıları bir qazana tökərək, Allaha dua edir. Allahın qüdrəti ilə Nuhun qazanı aşıb-daşır, çoxalır. Gəmidəki bütün canlılar həmin təamdan yeyib doyur, hətta artıq da qalır”.
Qeyd edək ki, hədik xörəyi Məhərrəmlik ayında (Aşura günü) ehsan məqsədilə də bişirilir. (Azərtac)
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Kriminal1 May 19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə1 May 18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır







.jpg)








.jpg)












.png)

.jpg)






