İnanc
Rənglərin şəhvət hissi oyandırmasının dinə nə dəxli var? - Elşad Miridən sərt CAVAB
6 yaşlı uşaqla evlənməyin mümkünlüyünü, liftdə kişinin qadınla tək qaldığı zaman cinsi istəyinin artdığını, yorğan, adyal kimi əşyaların insanın cinsi istəyini artırdığını iddia edən Türkiyənin Sosial Şərq Vəqfinin prezidenti, ilahiyyatçı alim Nurəddin Ulduzun növbəti qalmaqallı açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
O deyib ki, yuxu çox önəmlidir, ancaq yatağa dərhal yuxuya gedəcəyimiz vaxtda girməliyik. Çünki yataqda keçən hər boş dəqiqə şəhvətə yol açır.
Türkiyəli ilahiyyatçısının bu fikirləri Azərbaycanda da birmənalı qarşılanmayıb. Bu fikirlərin dini cəhətdən nə qədər əsaslı olduğunu aydınlaşdırmaq üçün ilahiyyatçı Elşad Miri ilə əlaqə saxladıq. O Publika.az-a bildirdi ki, bu cür insanların psixoloqa ehtiyacları var:
“Bu insanların gündəmə gəlmək üçün seçdiyi üsullardan biridir. Bəli, rənglərlə bağlı insanın cinsi istəklərini artıran bir sıra məqamlar var. Amma bu qətiyyən din ilə bağlı bir şey deyil axı. Bunu hansı məntiqlə dinə bağlayırlar, başa düşə bilmirəm. Məsələn, belə deyək, biz yaşıl rəngi ölkəmizdə İslamın rəngi olaraq qəbul edirik, göy rəngi türkçülüyün. Lakin bu rənglər öz-özlüyündə müxtəlif ölkələrdə, müxtəlif mənalar ifadə edir. Yəni, şərt deyil ki, belə qəbul edilsin. Bunlar şərtidir. Adam var ki, rəng seçimi ilə bağlı problemləri var. Bu heç bu gün müzakirə ediləcək məsələlər deyil. Boş-boş söhbətlərlə gündəm yaradıb qlobal məsələləri geridə qoyurlar. Bu gün yüz minlərlər insan oxuma-yazma bilmir. Bu kimi məsələlərin üstünə düşmək lazımdır. Dəhşətli olan budur”.
6 yaşlı uşaqla evlənməyin mümkünlüyü fikrinə münasibət bildirən E.Miri deyib ki, bu barədə dində peyğəmbərimizə istinad edirlər, amma bu qətiyyən düzgün deyil:
“Bu fikri dəstəkləyən hər kəs məsələni belə əsaslandırır ki, peyğəmbərimiz 6 yaşlı Ayşə ilə nişanlanıb, 9 yaşı tamam olanda da evlənib. Bu gün isə nikah konstitusiya qanunları ilə tənzimlənir. Qeyd olunur ki, 18 yaşına çatmamış şəxslərin evlənməsi qanunla qəbuledilməzdir. Bu fikirləri dəyişdirmək lazımdır. Belə şey olmaz”.
Könül Cəfərli
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi















.jpg)























