İnanc
Qədr gecəsinin ən mühüm 4 XÜSUSİYYƏTİ
Qədr gecəsini bizlərə Quran və Məsumlarımız (ə) tanıtmışdır. Bu, elə bir fəzilətli gecədir ki, Allah hər bir bəndəsinin duasını eşidər və istəklərini yerinə yetirər. Bu, elə bir mübarək gecədir ki, mələklər göydən yerə enər və insanları öz rəhmətləri ilə əhatə edərlər. Bu, elə gecədir ki, insanın birillik taleyi həll olar və ruzisi bölünər. Bu mübarək gecənin dörd mühüm xüsusiyyəti vardır ki, başqa fəzilətli gecələrdən fərqlənir. Onlara nəzər salaq.
1. Min aydan da üstün gecədir. Quran buyurur: "Qədr gecəsi min aydan daha xeyirlidir". ("Qədr" 3). Məsumların (ə) nəzərinə görə, bu gecə ona görə min aydan üstündür ki, bu gecədə yerinə yetirilən yaxşı əməllər başqa aylarda yerinə yetirilən yaxşı əməllərdən daha üstündür.
2. Bu gecədə mələklər və Ruh yerə enər. Bu, elə mübarək gecədir ki, səmanın qapıları açıq olar və mələklər yerə enərlər. Quran buyurur: "O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər". ("Qədr" 4).
Publika.az deyerler.org-a istinadən bildirir ki, ruhun nə olduğu barəsində İmam Sadiq (ə) buyurur ki, Ruh Cəbrayildən (ə) daha böyükdür və o, mələk deyildir. Halbuki, Cəbrayil (ə) mələkdir.
3. Elə bir gecədir ki, hamı səhər dan yeri sökülənə qədər amanda olar. İmam Səccad (ə) buyurur: "O gecə dan yeri sökülənə qədər aman gecəsidir".
Həzrət Peyğəmbər (s) buyurur: "Şeytan bu gecədə bayıra çıxa bilmir, o zamana qədər ki, dan yeri ağarar. O gecədə heç kəsi fələc edə bilmir və ya kimisə fəsad edə bilmir. Onda heç bir cadugərin cadusu işə yaramaz".
4. Bu gecədə birillik təqdir müəyyən olunar. Bu gecədə insanların birillik taleyi həll olar və ruzisi bölünər. İnsanın bu gecədə etdiyi ibadət və yaxşı əməllərin birillik taleyinə təsiri vardır. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Qədr gecəsini oyaq qalar, gələn ilə qədər ona əzab üz çevirməz".
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi












.jpg)





.png)


















