İnanc
Professordan gözlənilməz “əzadarlıq” şərhi - Din mükəmməl deyil, cəmiyyət kimi...
Son günlər əzadarlıqla bağlı başlayan müzakirənin teist-ateist müstəvisinə keçməsinə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də reaksiya verib.
Kult.az xəbər verir ki, professor konkret məqamdan istifadə edilərək, ateist dünyagörüşünün təbliğinin artmasına qarşı bəzi dini ehkamları dəstəkləyib.
F.Mehdiyev bildirib ki, müəyyən qaydalar var və bu məsələlərə o qaydalar prizmasından yanaşmaq vacibdir:
1. Nəticə baxımından (kəllə yarılır, mərsiyə oxunur, bomba partladılır...) əsas olan din deyil, konkret insanın dünyagörüşü və savadıdır.
2. Ümumiyyətlə, din sosial olaraq zərərli fenomen deyil. Zərərli olan insanın dünyəvi təhsil almadan dini təhsil almasıdır.
3. Din elm deyildir. O bir inancdır. Hadisələri şərh edərkən dini paradiqma tətbiq olunmamalıdır. Hadisələr təkamül, konflikt nəzəriyyələri, etnometodologiya ilə izah olunmalıdır.
4. Quranın zamanla köhnəlməyən həqiqətləri var, onlar da insanın mənəvi və əxlaqi öhdəlikləri baxımındandır. Lakin bütünüylə Quranı 21-ci əsrdə, 7-ci əsr qaydaları ilə tətbiq etmək imkansızdır.
5. Allah ədaləti, haqqı yeməməyi, mərhəməti, dürüstlüyü ilk növbədə əmr edir. Oğurluq, istismar, zülm və korrupsiya qəbul edilməzdir.
6. Demokratik sekulyar dövlət dindarlar üçün də rahatdır. Dini dövlət bir məzhəbin üstünlüyünə səbəb olub digər məzhəblərə zülm edir.
7. Din azadlığı, demokratiyanın vacib şərti olduğu kimi, tolerantlıq, digər dinlərə/ateistlərə dinc və xoşgörü ilə yanaşma da demokratiyanın vacib sütunudur. Rahat dinini yaşamaq istəyirsənsə, hər kəsə qarşı saygılı ol ki, insanlardan da bunu tələb edə biləsən.
8. Din mükəmməl deyil, cəmiyyət kimi. Mükəmməl olan ancaq Yaradandır.
-
Magazin119:36Nazpəridən şıdırğı rəqs - VİDEO
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi












.jpg)





.png)


















