İnanc
Fitrə sədəqəsi necə verilir? - VİDEO
Acların doyurulduğu, ehtiyac sahiblərinin üzünün güldüyü Ramazan ayı fitrə sədəqəsi kimi vacib əməllə bitir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirir ki, fitrə sədəqəsi İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman mütləq Ramazan ayının son günündə fitrə sədəqəsi verməlidir.
Publika.az xəbər verir ki, Hacı Fuad Nurullayevin sözlərinə görə, özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsini saxlamaq üçün borc edən şəxsin fitrə sədəqəsi verməsi vacib deyildir.
Fitrə sədəqəsi yalnız ehtiyacı olanlara verilməlidir.
Qafqaz Müsəlmanlar İdarəsinin qazilər şurası tərəfindən tövsiyə olunur ki, fitrə sədəqəsi 5-10 manat miqdarında çıxarılsın. Maddi durumları yaxşı olan insanlar daha böyük məbləğdə fitrə sədəqəsi çıxara bilər.
Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. Bayram namazı ölkə ərazisində iyunun 15-də səhər saat 8-də, bəzi məscidlərdə isə 9-da qılınacaq. (xezerxeber.az)
-
Ekologiya13:30Sabahın hava proqnozu açıqlandı
-
Sağlamlıq13:20Miopiya 21-ci əsrin epidemiyasıdır: Uşaqların 40%-də bu problem olacaq
-
Maraq dünyası13:12Rusiya bu görüntülərdən danışır: Ayı qadını təqib etdi - Video
-
Sağlamlıq12:30Piylənməsi olanların nəzərinə - Həkimdən xərçəng xəbərdarlığı
-
Avropa10:15Rusiyanın "kölgə donanmasına" Niderlanddan zərbə
-
Digər09:18Məhbuslar arasında növbəti dava - 2 nəfər öldü
-
ABŞ08:45Tramp: Mən səkkiz Nobel Sülh Mükafatı almalı idim
-
Avto07:35Çin maşını almaq istəyənlərə xəbərdarlıq - Yeni qaydalar Azərbaycana da təsir edəcək









.jpg)














.jpg)







.jpg)



