İnanc
80 il evli olan dünyanın ən yaşlı cütlüyü ƏBƏDİ SEVGİNİN SİRRİNİ AÇDI - Yatağa heç vaxt...
Con Henderson və Şarlotta Kurtis toyların 80 illiyini qeyd edib.
Publika.az xəbər verir ki, tələbəlik illərində tanış olan cütlük planetin ən yaşlı evli cütlüyü hesab olunur.
Con 1913-cü ildə Fort Uorstda anadan olub və son 100 ildə bəşəriyyətin ən əhəmiyyətli kəşflərini xatırlayır: radio, internet, televiziya. O, 1930-cu illərin əvvəllərində Texas Universitetinə daxil olmaq üçün Ostinə köçüb. Şarlotta isə 1914-cü ildə Ayova ştatında anadan olub. Təxminən 20 yaşındaykən böyük bacısının əri təyyarə qəzasında ölür. Bundan sonra Şarlotta bacısına kömək etmək üçün Texasa yerləşir.
Con müsahibəsində gülərək xatırlayır ki, Şarlottanı ailə qurmağa razı salmaq asan olmayıb:
“Evlənmək istədiyinə qərar vermək üçün beş il düşündü”.
22 dekabr 1939-cu ildə evlənən Conla Şarlotta bal ayını San-Antonioda keçirib. Henderson ailəsi o vaxtdan bəri dünyanı gəzməyi, xüsusilə kruiz gəmilərində səyahət etməyi sevir. Onlar Cənubi Amerika və Skandinaviya ölkələrində, Çin və onlarla başqa yerlərdə olublar.
Bəs uzunömürlü nikahın sirri nədir?
Onlar sağlam qidalanır, alkoqol çox içmir. Con isə indiyə qədər demək olar ki, hər gün idmanla məşğul olur. Eşitmə qabiliyyətinin zəifləməsindən savayı onları ciddi narahat edən sağlamlıq problemi yoxdur.
Yeri gəlmişkən, cütlüyün övladı olmayıb. Bəziləri iddia edir ki, məhz buna görə onlar uzun müddət birlikdə yaşaya bilib.
Və heç vaxt yatağa küsülü girmirlər, yatmazdan əvvəl bütün fikir ayrılıqlarını həll etməyə çalışırlar.
Bəs sizin münasibətlərin nə qədər yaşı var?
Aytən Məftun
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR









.jpg)


.jpg)





















.jpg)


