İnanc
İnanclı insanlar bu məsələdə daha qətiyyətli olmalıdır - Şərqşünas
“İslamın gətirdiyi qaydaları, təməl prinsiplərini və “Qurani-Kərim”in hökmünü bilən hər bir kəs bilir ki, Allahın bütün hökmləri bəndəsinin mənafeyinə hesablanıb”.
Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
O bildirib ki, canın mühafizə olunması Allahın bizdən israrla istədiyi hökmlər içərisindədir: “Eləcə də peyğəmbərimizə və hədislərə nəzər saldıqda canın Allah tərəfindən bir əmanət olduğunu görərik. Bütün dünyada tüğyan edən koronavirusla bağlı Azərbaycanda da həyata keçirilən profilaktik tədbirləri inanclı bir şəxs olaraq dəstəkləyirəm. Hər bir kəsi də Operativ Qərargahın bütün tələblərinə riayət etməyə çağırıram. Çünki bu qurumun bütün tələbləri ölkə vətəndaşlarının mənafeyinə hesablanmış qərarlardır və insan mənafeyi baxımından dini hökmlərlə də üst-üstə düşür”.
S.C.Əzimbəyli qeyd edib ki, bu dövr ərzində insanların məscidlərə kütləvi şəkildə toplanmasının müəyyən bir müddət ərzində gözlədilməsi xüsusilə inanclı vətəndaşlarımızın bir arada olaraq yoluxmasının qarşısına almaq üçündür: “Hər kəs də bunu səbr və təmkinlə qarşılamalıdır. Operativ Qərargahın tələbləri ondan ibarətdir ki, çoxluq içərisində virusun yayılması daha gözləniləndir. “İnam” proqramının Feysbuk səhifəsinə hər gün onlarla insan yazır ki, siz niyə bu məsələni gündəmə gətirmirsiniz? Birmənalı olaraq bildirmək istəyirəm ki, bu gün hər bir kəs, xüsusi olaraq inanclı insanlar bu məsələdə daha qətiyyətli olmalıdır. Çünki Allahına və dininə könül verən şəxslər vətənə, dövlətinə və bayrağına daha çox bağlıdır. Torpaqlarımız işğal altındadır və sabah bizə Qarabağda savaşacaq gənclər lazımdır. Həmçinin, bizə sağlam can lazımdır. Virusun daha da yayılmasına münbit şərait yaradacağıqsa, Allah qarşısında ən böyük günahkarlardan birinə çevrilə bilərik”.
Akqabay Mıradov
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 9 Oktyabr 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya9 Oktyabr 14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial9 Oktyabr 13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO









.jpg)



























.jpg)

