İnanc
Hacı Surxay: “Məscidlərin açılması epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər”
İlahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli pandemiya səbəbindən Aşura mərasimlərinin bu il keçirilməyəcəyini bildirib.
İlahiyyatçı Publika.az-a açıqlamasında bildirib ki, pandemiya vəziyyəti ilə əlaqədar olaraq dünyanın demək olar ki, bütün müsəlman ölkələrində də dini mərasimlərin keçirilməməsinə qərar verilib.
“Müqəddəs məkanlar, kütləvi ziyarət yerləri qapanıb. Hətta hər il milyonlarla zəvvarın ziyarətə gəldiyi Kəbə evi koronavirus səbəbindən mömünləri qəbul edə bilməyib. Məscidlərin açılması ilə bağlı vətəndaşların narahatlığı anlaşılandır. Lakin təcrübələr göstərir ki, ibadət evlərinin kütləvi ayinlərin üçün açılması epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Aydın məsələdir ki, Aşura ayinlərinin kütləvi şəkildə icrası ölkəmizdə vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Odur ki, bu vəziyyətdə ehtiyat tədbirlərinə əməl etmək başlıca şərtdir.
Kərbəlada Ər Bein yürüşləri də bu il olmaycaq. Biz yalnız öz dini inanclarımızı deyil, başqalarının həyatlarını da nəzərə almalıyıq. Operativ Qərargahın verdiyi qərarı əsas tutaraq biz qaydalara əməl edirik. Çünki biz bu cəmiyyətdə yaşayırıq. Aşura mərasiminin keçirilməsi üçün yeni media platformasından yararlanmaq mümkündür. Onlayn şəkildə təşkil ediləcək moizələr insanlara evdə oturub dini mərasimdə iştirak etmək imkanı verəcək. Allah bizə səbr etməyi də buyurub, səbr insana verilmiş ən ali duyğulardan biridir. Allah tezliklə bu bəlanı, bu böhranı bütün dünyadan, o cümlədən ölkəmizdən uzaq eləsin”.
İçərişəhər “Cümə” məscidinin axundu yekunda qeyd edib ki, Aşura mərasimini evdə namaz qılmaqla, sədəqə verməklə keçirmək olar:
“Aşura şəhidlik, fəda, vəfa məktəbidir. O, bizə səmimi dəyərləri və dostluq münasibətlərini öyrədir. Biz bunu əsas tutaraq Aşura günündə insanların yanında olmalı, ehtiyacı olanlara bacardığımız qədər yardım etməliyik. İnsanlar evlərində çoxlu namaz qılmalı, dua etməli və sədəqə verməlidir. Bunlar Aşura gününün təzahürüdür. Öz ehtiramımızı bu formatda göstərə bilərik. Hər birimiz evimizdə həm İmam Hüseynə yas saxlamalı, həm də o yardımlaşmanı etməliyik”.
Aytən Məftun
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm

































.jpg)
.jpg)

