İnanc
Hacı Şahin Həsənli: "Məscidlərin açılmasını hamıdan çox arzulayırıq, amma..."
"Məscidlərlə bağlı məsələ hər zaman Qafqaz Müsəlmanları İdarəsi olaraq bizim gündəmimizdədir. Bununla bağlı təkliflər hazırlamışıq və mütəmadi olaraq müvafiq qurumlarla, Operativ Qərargahla birgə bu məsələlər müzakirə olunur. Müxtəlif dövlət qurumlarına məktublar da ünvanlanıb, mövcud qaydalar şəraitində məscidlərin fərdi ibadətə açılması məsələsi də müzakirə olunub".
Publika.az xəbər verir ki, bunu "Yeni Müsavat"a müsahibəsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Şahin Həsənli deyib.
O bildirib ki, bu barədə müsbət irəliləyişlər də var idi. Ancaq yenə də yoluxma dinamikasında artım müşahidə olunur, belə bir şəraitdə mövcud durum nəzərə alınmalıdır:
"Biz çox arzulayardıq ki, məscidlərimiz açılsın. İnsanlarımız yenə də əvvəlki qaydada ibadət etsinlər. Bunu bəlkə də hamıdan çox biz arzulayırıq, çünki birbaşa fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Çalışırıq ki, bu məsələ müsbət yöndə həll olunsun. Ancaq yoluxma sayı artır və belə bir şəraitdə insanların sağlamlığının qorunması da vacibdir. İnanclı vətəndaşlar bilməlidir ki, din xadimləri, Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə mütəmadi məşğul olurlar, təklif verirlər, müzakirə aparırlar. İlk fürsətdə bu məsələ həllini tapacaq.
Yoluxma halları azalarsa, icmalar bu məsuliyyəti üzərinə götürəcək. Əgər mövcud qaydalara uyğun bunu fərdi şəkildə icra etmək mümkün olarsa... Hələ ki bu mümkün olmadığından bir qədər səbir etmək lazımdır, dünyada artıq pandemiya üçüncü mərhələyə keçib. Hər yerdə bu məhdudiyyətlər var, bəzi yerlərdə məscidlər açılsa da, yoluxma artdıqca yenə də məhdudiyyətlər tətbiq olunur. İnsanlar bizim bu məsələyə biganə olduğumuzu düşünməsin, şəxsən özümüzün diqqətimizdədir, din xadimləri də, Qafqaz Müsəlmanları İdarəsi də fürsət olduqca dəqiq məlumat verəcək".
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı




















.png)
















