İnanc
Oruc tutanların diqqətinə: Bunları etsəniz...
Artıq müqəddəs Ramazan ayının gəlməsinə sayılı saatlar qalıb. Ramazanı həyəcanla gözləyən və xroniki xəstəlikdən əziyyət çəkən insanlar orucu pozan hallar barədə məlumat almaq istəyirlər. Lakin oruc zamanı baş verən bəzi hadisələr orucun batil olmasına səbəb ola bilər.
Bəs orucu pozan şeylər və buna səbəb olan digər vəziyyətlər nələrdir?
Unudaraq nəyisə yemək orucu pozmaz. Hz. Məhəmməd peyğəmbər (s) buyurur: "Bir insan oruc olduğunu unudaraq yeyirsə, içərsə orucunu tamamlasın, açmasın. Çünki onun Allah yedirib-içdirmişdir" (Buxâri, Sawm, 26). Unudaraq yeyib-içən insan oruc tutduğunu xatırlayırsa, dərhal ağzındakıları çıxartmalı, ağzını yaxalamalı və orucuna davam etməlidir. Oruc tutduğunu xatırladıqdan sonra mədəyə nəsə gedərsə, o zaman oruc pozulur.
Miqdarından asılı olmayaraq anidən qusmaq orucu pozmaz. Eynilə qəfildən mədədən ağzına qalxan və yenidən mədəyə qayıdan şeylər orucu batil etmir. Şəxs öz istəyi ilə qusarsa, oruc pozulur.
Anesteziya tənəffüs yolu və ya iynə vasitəsi ilə bədənə dərman vurmaqla yaradılır. Tənəffüs yolu və ya inyeksiya ilə anesteziya mədəyə çatmır və yemək-içmək demək deyil. Ancaq xüsusi və ümumi anesteziyada təcili vəziyyətlərdə dərman və maye vermək üçün damar girişi açılır və bu açılma proseduru zamanı serum verilərək təmin edilir. Bu baxımdan lokal anesteziya (məhdud uyuşma) oruca mane olmur. Serum xüsusi və ümumi anesteziyada verildiyi halda oruc pozulur.
Ramazanda oruc tutarkən qan verən şəxsin orucu pozulmur. Bədənə qan qəbul etmək isə qidalanma və qida qəbul etmək prosesinə daxil olduğu üçün orucu batil edir.
Əgər oruc tutan şəxs istər su ilə, istərsə də su olmadan yemək və ya dərman şəklində bir şey yeyirsə və ya içərsə, orucu batil sayılır.
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
Sağlamlıq14:42Saçlarının yarısı daraqda qaldı: Xərçəngin fəsadını belə göstərdi - VİDEO
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı




















.png)
















