İnanc
Yəhudilərin 7 HİKMƏTLİ KƏLAMI

Texnoloji yeniliklər bəşəriyyət qarşısında sonsuz imkanlar açsa da, stress və gərginlik heç birimizin yaxasını rahat buraxmır. İnsanlar daim başqalarının necə yaşadığına baxırlar. Və başqalarının daha yaxşı yaşaması öz qabiliyyətlərinə şübhə etməsinə yol açır.
Həm də elə bir dövrdə yaşayırıq ki, “heç kimə etibar etmək olmaz”. Hər kəs öz mənfəətini güdür və digərinə təslim olmağa hazır deyil. Güvənmək, etibar etmək və büdrəmək olmaz, əks halda elə orada da səni tapdalayacaqlar... Ariflər və filosoflar deyirlər ki, belə həyat və düşüncə tərzində xoşbəxtlik yoxdur və olmayacaq. Bəs həyatı cənnətə çevirmək üçün hansı prinsiplər əsasında yaşamalıyıq?
Publika.az oxucuları düşündürən yəhudilərin 7 müdrik kəlamı ilə tanış edir.
İş yorğunluğu barədə - “Həyat qısa, iş sonsuzdur”.
Azərbaycan dilində onun əvəzliyici belə səslənir: “Heç kim öləndə var-dövlətini özü ilə o dünyaya aparmır”. Özünüzə istirahət verin. Həyatımızın 80 faizinin qapalı məkanda, sevmədiyimiz insanlar arasında keçdiyini təsəvvür etmək belə ürküdücüdür...
Bəs milyonçular ailəsində doğulmayanlar haqqında nə demək olar? Narahat olduğunuz bütün iş yerlərini tərk edin, ta ki, səhər məmnuniyyətlə gəldiyiniz yeri tapana qədər... Valideynlər və dostlar bu qərarınıza təəccüblənə və ağız büzə bilərlər. Sadəcə daxili səsinizə qulaq asın və sizi qane etməyən şəraitə boyun əyməyin! Biz daş dövründə yaşamırıq. Bizim seçim imkanımız var.
Sağlamlıq və xəstəlik haqqında - “Əgər əcəl gəlməyibsə, hətta həkim də səni öldürə bilməz”.
İnsanlar tanıyırıq ki, sağlamlığına çox vaxt ayırır və orqanizmini hərtərəfli müayinə etdirir. Həm də ən təcrübəli həkimlərin ən sadə diaqnozu tanıya bilməməsi barədə də eşitməmiş olmazsınız. Bu zaman istəsən də, istəməsən də taleyə inanmağa başlayırsan.
Beynimizi dolduran əlavə məlumat haqqında - “Bir şey olmadan da rahat yaşaya bilirsənsə, həmin mövzuda çox şey öyrənməyə çalışma. Unutma, sən dərk etmək bacarığından daha çox şey bilirsən”.
Müasir media “İnsanlara həqiqəti söyləmə, təəccübləndir və ya qorxut” şüar altında işləyir: Əks halda oxumayacaqlar. Effekti “gücləndirmək” lazımdır. Xoşagəlməz xəbərləri oxumayın, onda daha sakit həyatınız olacaq. Yeni məlumat istəyirsinizsə, daha intellektual saytları və kanalları izləyin, peşəkarların hazırladığı sənədli filmlərə baxın, sizi düşündürən və üfiqlərinizi genişləndirən elmi kitabları oxuyun.
Nağd pul ehtiyatları barədə - “Əgər problemi pulla həll etmək olarsa, bu, problem deyil, xərcdir”.
Gözlənilməz xərclər üçün müəyyən məbləğdə nağd pul psixikanızı ixtisaslı psixoloqdan daha yaxşı sakitləşdirəcək. Təcrübə də bunu göstərir.
İnsanları məsafədə saxlayın - “Uzaqdan baxanda bütün insanlar yaxşıdır”.
Bütün insanlar eyni dərəcədə faydalı deyil. Çoxlarını mümkün qədər uzaq saxlamaq lazımdır.
Səhvlər və üzüntülər haqqında - “Sabah üçün narahat olma, dünən olanları düzəlt”.
Bir çoxları keçmişi unutmağı məsləhət görür, sanki keçmiş arxadan bağlaya biləciyimiz bir qapıdır. Ancaq yəhudilərdə əksinə, səhvləri düzəltməyi, üzr istəməyi və acı təcrübədən dərs çıxarmağı tövsiyə edirlər.
Yaşamaq haqqında - “Sənə gülürlərsə, bu, o qədər də qorxulu deyil, sənin üstünə ağlamaları qorxuludur.
Əgər biz hələ də yaşayırıqsa, görürüksə, eşidiriksə, hiss ediriksə, demək, hər şey mükəmməldir, qaydasındadır və xırda-para söz-söhbətlərlə məşğul olmağa ehtiyac yoxdur.
Aytən Məftun

-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Region19 Sentyabr 23:25
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: Xəsarət alanlar var - Fotolar
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu
-
ABŞ19 Sentyabr 19:20
Tramp yenə ölümdən döndü - Bu dəfə helikopterində nasazlıq yarandı
-
MDB19 Sentyabr 19:10
Rusiya qırıcıları indi də bu ölkənin hava məkanını pozdu
-
İdman19 Sentyabr 19:00
Piastri Bakıda qaydanı pozdu: Araşdırma aparılır