İnanc
Məşhur filosof: “Riskə getməməklə yüz qat risk edirik”
Roma imperatoru Mark Avrelius bəşər sivilizasiyasının tarixində nadir şəxsiyyətlərdən biridir. Mark Avreli həyatı boyu müxtəlif elmlər və fəlsəfə ilə də məşğul olub, amma daha çox filosof kimi tanınıb. O, Stoa fəlsəfi məktəbinin ən parlaq nümayəndələrindən sayılmaqdadır.
Mark Avreli hesab edirdi ki, dünyada hər şey bir düzənə tabedir. Eyni zamanda, tanrılaşdırılmış Yüksək ədalət var. O hər şeyin əsasıdır, hər şey ondan yaranır və ona qayıdır. Həmçinin dünyada hər şey tanrı düzəninə və məqsədinə tabedir. Markus Avreliusun fikrincə dünya yetkindir. Bu dünyada baş verən hər bir şər tanrının dünya üçün cızdığı plana uyğundur. Şəri dünya düzəni baxımından dəyərləndirəndə o təbii bir şeyə çevrilir.
Xeyir isə ilahi iradəyə və təbiət qanunlarına uyğun olan bir ahəngdir. Xeyir həm də insanın özü-özü, öz təbiəti ilə razılığı və mənəvi ucalığıdır. Ona görə də, insan təbii düzənə uyğun həyat sürməlidir. Həmin düzəni pozduqda o, ədalətsizliyə yol verir, təbiətə və cəmiyyətə qarşı üsyan edir. Mark Avrelius dövlət qanunlarını da təbii qanunlara aid edir və onlara tabe olmağı hər bir insan üçün vacib bilirdi.
Markus Avreliusun fəlsəfəsində dünya hər zaman dəyişən bir varlıqdır. Onun üzərində olan hər bir şey məhv olaraq bir durumdan başqasına keçir. Beləliklə, dünyada hər şey dövr etməkdədir. İnsan həyatını təbiət qanunlarına uyğunlaşdırmalı, sonda isə başı uca və ləyaqətlə dünyanı tərk etməlidir.
Mark daha kim idi? Hökmdar? Filosof? Sərkərdə? Roma vətəndaşı? Gəlin sualı dəyişək: Mark Avrelius kim deyildi? Əvvəla, o, ideal hökmdar deyildi. Çünki o, öz fəlsəfəsinin prinsiplərinə həmişə sadiq qalmışdı. İdeal hökmdar isə güzəştə prinsipləri güzəştə getməməlidir. Mark Avrelius ölkəni fərqli prinsiplərlə idarə etməyi bacarırdı... Dünya tarixində həm filosof, həm sərkərdə, həm də xalqın sevimlisi və atası olan hökmdarlara nadirən rast gəlmək olar. Mark həm bir imperator, həm də bir filosof kimi üzərinə götürdüyü öhdəlikləri həmişə və hər bir şəraitdə sona qədər yerinə yetirirdi. Bu öhdəlikləri o, Meditasiyalarında qısa və aydın şəkildə qeyd edirdi: “Sanki min il ömrünüz varmış kimi yaşamayın. Vaxt uçur. Nə qədər ki, sağsan və nə qədər ki, fürsət var, yaxşı insan olmağa çalış... Və hər işi həyatının son tapşırığı kimi yerinə yetir”.
Deyilənlərə görə, mərhum imperatorla vida mərasimində heyrətamiz bir hadisə baş verib. Dəfn mərasimində iştirak edənlər hönkür-hönkür ağlayıb, yas tutublar, amma birdən hamı sakitləşib, kədər üzlərindən silinib və hamının üzünə nur gəlib. Nə baş verib? İnsanlar başa düşüblər ki, imperatora yas tutmağın mənası yoxdur, çünki səma onu yer üzünə yalnız bir müddətlik göndərmişdi, indi o, gəldiyi yerə - əbədi məskəninə qayıdır...
Publika.az “Özü ilə təklikdə” fəlsəsi əsərinin müəllifinin kitablarından ən diqqət çəkən 15 sitatı təqdim edir:
1. Əgər hadisələri dəyişə bilmirsinizsə, onlara münasibətinizi dəyişin.
2. Yaşaya bildiyiniz hər yerdə yaxşı yaşaya bilərsiniz.
3. İnsan ölümdən deyil, yaşama başlaya bilməməkdən qorxmalıdır.
4. Hər kəs önəmsənildiyi qədər dəyərlidir.
5. Elə yaşa ki, indi həyatla vidalaşmalısan və qalan vaxt sanki sənin üçün gözlənilməz bir hədiyyədir.
6. İnsanın əsl dəyəri onun can atdığı hədəfləri ilə ölçülür!
7. Sənin düşüncələrin sənin həyatına çevrilir.
8. Özünə acımaq qorxaqlığın ən aşağılayıcı növüdür.
9. Böyük xəyallar qurun: yalnız böyük xəyallar insanların ruhuna toxuna bilər.
10. Xoşbəxt bir həyat üçün çox az şey lazımdır. Hər şey insanın özündən, onun düşüncə tərzindən asılıdır.
11. İnsan ancaq indiki anda yaşayır. Qalan hər şey ya artıq keçib və nə olacağı məlum deyil.
12. Hər səhər özümüzə deməliyik: bu gün məni axmaq, həyasız, kobud, fırıldaqçı biri ilə görüş gözləyir.
13. Ədalətsizlik heç də həmişə hansısa hərəkətlə bağlı deyil, çox vaxt məhz hərəkətsizlikdən ibarətdir.
14. Qəribədir! İnsan başqalarının etdiyi pisliklərə və aradan qaldıra bilmədiyi şeylərə qəzəblənir, amma öz əlində olan pis əməlləri ilə mübarizə aparmır.
15. Problem ondadır ki, riskə getməməklə yüz qat risk etmiş oluruq.
Aytən Məftun
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar