İnanc
"Qanlı öpüş": Dilini kəsdi, sonra isə uşaqları...
Malayziyada şamanın uşaqları cəlb etdiyi ritualla bağlı qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Hadisə Malayziyanın Selangor əyalətinin Klanq şəhərində baş verib. Şaman "qanlı öpüş" adlanan ritualı yerinə yetirib. O, dilini kəsib, sonra isə xəstə uşaqları öpüməyə başlayıb. Bununla o, uşaqları sağaldacağını iddia edib.
Sosial şəbəkələrdə yayımlanan “qanlı öpüş”ün fotoları ölkədə viral populyarlıq qazanıb. Onları görənlərin çoxu bu ritualı pisləyib. Əksəriyyət bunu xurafat adlandırıb, onun həyata keçirildiyi antisanitar şəraitə diqqət çəkib, şamanı uşaqlara qarşı zorakılıqda ittiham edib.
Mərasimin baş verdiyi məbəd sosial şəbəkədən fotoları silib, daha sonra səhifəsini bağlasa da, qalmaqalın qarşısı alınmayıb. Tezliklə ritualın əleyhdarlarını Malayziya Taoçu Assosiasiyaları Federasiyasının prezidenti Çen Hezhang dəstəkləyib. Öz növbəsində şaman bildirib ki, o, uşaqlara zərər vermək yox, onlara kömək etməyə çalışır. O, mərasim zamanı uşaqlara dodaqları ilə toxunmadığını və başqa qınaq doğuran hərəkətlərə yol vermədiyini vurğulayıb.
Adəm
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı






















.png)
















