İnanc
"Bəzi məsələlər üçün nə imam, nə də peyğəmbər lazımdır" - Axund Azər
Axund Azər Sani "Qapqara" verilişinin qonağı olub.
Publika.az xəbər verir ki, Sani ölümdən söz açıb:
"İnsan necə yaşayırsa, elə də dünyasını dəyişir. Ölüm Allaha qovuşmaq olduğu üçün "rəhmət" adlanır. Allahın rəhməti insanların günahlarından daha böyükdür. Yaradan kəramət sahibidir. İnsan Allaha elə bağlanmalıdır ki, ona etdiyi qulluq minnət yox, ruhun ehtiyacı kimi olmalıdır. Bəzən dünyadan elə yapışırıq ki, sanki heç vaxt ölməyəcəyik. Elə bilirik ki, ölüm başqaları üçündür".
Axundun sözlərinə görə, insanın bütün yaşayışı tövhidə, Allaha yaxınlaşmağa yönəlməlidir:
"Allahın calal və camal sifətləri var: calal qəzəb, camal isə rəhmət sifətləridir. Bütün dinlərdə belə qanunlar var: insan yalan danışmaz, oğurluq etməz, böhtan atmaz, zinadan uzaq olar və s. Bunlar fitri qanunlardır, onlara nə imam, nə də peyğəmbər lazımdır. Lakin elə qanunlar var ki, insanın ruhunu böyütməlidir. Həmin məsələdə isə ağıl rol oynamır. Allah deyir ki, namaz qıl, oruc tut. Onun elçisi isə bunları necə etməyin yollarını izah edir".
Ətraflı süjetdə:
-
Magazin212:26Xalq artisti ölümdən son anda döndü - FOTO
-
MDB11:17Rusiya ordusu: Lokomotivləri məhv etdik
-
Avropa10:41Makrondan NATO və atəşkəs mesajı: "Daha irəli getmək lazımdır"
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı
-
Region08:12Türkiyədə zəlzələ oldu
-
Magazin207:47Ancelina Coli həmin pulla özünə yeni malikanə aldı





















.png)
















