İnanc
Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində - FOTO
Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
Publika.az xəbər verir ki, Arzu Əliyeva iftar məclisində iştirak edib. Ölkəmizin müxtəlif rayonlarından şəhid valideynlərinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin dəvət olunduğu iftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının ruhuna dualar edilib.
İftar məclisində çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə göstərdikləri qəhrəmanlıqlarından danışıblar. Çıxışlar zamanı, həmçinin dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən biri olduğu vurğulanıb.
“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub. Daha sonra tanınmış incəsənət xadimləri də öz ifaları ilə şəhid analarını təbrik ediblər.
Qeyd edək ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri artıq 5 ildir həyata keçirilir. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid ailələri ilə birgə tədbirlər təşkil olunur.
Bu gönderiyi Instagram'da gör
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
















.jpg)




.jpg)









.jpg)




.jpg)




.jpg)



