İnanc
Qəbir əzabı yoxdur? - Elşad Mirinin qalmaqallı sözlərinə QMİ-dən REAKSİYA
İlahiyyatçı Elşad Miri yenidən islam dinində qəbir əzabının olmadığını iddia edib. Onun açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Reallıq necədir? İslamda qəbir əzabı varmı?
Publika.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Rüfət Qarayev bu barədə Globalinfo.az-a danışıb.
O deyib ki, bu cür fikirlər hər zaman olub:
"Qiyamətə qədər belə insanlar ortaya çıxacaq. Həmin düşüncələrlə cəmiyyətdə müxtəlif çaşqınlıq yaradacaqlar. Təbii ki, elmi olan, Qurandan möhkəm yapışan biri heç vaxt buna getməyəcək. Lakin bütün hökmlər Quranda mövcud deyil. Bəzi məsələlərdə orada şifrəli hərflər var ki, onu Allah və rəsulu bilər. Məsələn, müəyyən ayədə namaz qılmaq buyurulub, amma forması qeyd edilmir. Onu isə bizə Allah rəsulunun hədisləri açıqlayır".
İlahiyyatçı bildirib ki, qəbir əzabının modeli, forması da bilinmir:
"Amma xanım Xədicənin (ə) belə bundan qorxduğunun şahidi oluruq. O, "Ey Allahın rəsulu, səndən yalnız bir şey istəyirəm, o da əbandır. Dünyadan köçəndə məni o əbaya büksünlər, qəbir əzabından çox qorxuram", deyirdi. Peyğəmbərin xanımı belə qəbir əzabından danışıb. Belə fikirlər də var ki, insan birdən suda boğulub, cəsədi tapılmayıb və ya odda yanıbsa, necə olacaq?! Təbii ki, Allaha heç nə çətin deyil. Bir insana əzab vermək istəyirsə, suya, oda, havaya və sair əmr edər və onlar insanı sıxar. Allaha tam inanan insanın imanında şübhə yoxdursa, bu kimi məsələlərdə də ixtilafa düşməz, düşüncəsini fərqli istiqamətlərə aparmaz".
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi
-
Kriminal18 Sentyabr 18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18 Sentyabr 18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin118 Sentyabr 15:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya18 Sentyabr 14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı















.jpg)


.jpg)
.jpg)








.jpg)




.jpg)



