Tarix
Osmanlı səltənətinin ən gözəl qadın sultanları - - FOTO
Osmanlı tarixində padşahlar qədər ən az qadın sultanlar da böyük iz qoyublar. Padşahların həyat yoldaşları və ya anaları idarəetmədə də, digər ölkələrlə münasibətlərin tənzimlənməsində də bilavasitə söz sahibi olublar. Həmin qadınlar haqqında yüzlərlə kitablar yazılıb, hətta filmlər də çəkilib. Məsələn, Türkiyədə böyük reytinq qazanan “Möhtəşəm yüz il” teleserialı Osmanlı İmperiyasının tarixinə həsr olunub. Əsas qadın qəhrəmanları - Hürrəm və Validə Sultanın yüksək səviyyədə canlandırılması sayəsində serialın reytinqi rekord həddə çatıb. Ona görə də Türkiyənin kino şirkətləri Kösem Sultan haqqında da serial çəkmək qərarına gəliblər.
Publika.az-ın "9 don" layihəsində bu dəfə Osmanlı səltənətinin ən gözəl sultanlarıdır.
Ayşə Hafsa Validə Sultan
Əsrarəngiz gözəlliyi ilə tarixə düşən Ayşə Hafsə Validə Sultan Yavuz Səlimin həyat yoldaşı və Sultan Süleyman Qanuninin anası idi. Ağıllı qadın kimi tanınan Validə Sultanla əri Sultan Səlim də mütəmadi məsləhətləşib. Buna görə də sarayda onun nüfuzu gündən-günə artıb. Onun tarixdə ilk qadın Sultan olduğu güman edilir.
Hürrəm Sultan
Ukraynalı qızlar həmişə öz gözəlliyi, ağlı və təsərrüfat bacarığıyla fərqləniblər. Lakin onlardan heç biri Hürrəm Sultanın ucaldığı pilləyə qalxa bilməyib. Əsl adı Anastasiya Qavrilovna Lisovskaya olan Hürrəm Sultan Osmanlı səltənətində sözü ən çox keçən qadınlardandır. O, Sultan Süleymanın sadəcə növbəti kənizi deyil, hökmdarın ən sevimli arvadı və dostu olub.
Hürrəm Sultanın saraydakı mövqeyi Qanuninin nikahlı həyat yoldaşı olması ilə daha da güclənib. Hürrəm Sultan Şahzadə Cahangirin doğumundan sonra Qanuni ilə təmtəraqlı şəkildə evləniblər. Toyun dəqiq tarixi bəlli olmasa da, tarixi mənbələrdə təxminən 1534-cü illər göstərilir. Sarayın ən nüfuzlu xanımlarından hesab edilən Validə Sultanın ölümündən sonra saraydakı mövqeyi daha da möhkəmləndiyindən hərəmin idarəçiliyini də əlinə alıb. Hürrəm Sultan Mehmet, Səlim, Bəyazid, Cahangir və Abdulla adlı oğlanları və Mihrimah adlı bir qız dünyaya gətirib. Məhz onun oğlanlarının taxt-tac sahibi olması üçün Hürrəm Sultan ömrü boyu mübarizə aparıb.
Mihrimah Sultan
Mihrimah Sultan Hürrəm Sultan və Qanuni Sultan Süleymanın qızıdır. 2-ci Səlim və 3-cü Murad zamanında sarayda adı ən çox çəkilən qadın olub. Eyni zamanda Anası Hürrəm Sultan kimi, o da atasının məsləhətçisi olub. Mihrimah Sultan həm dövlət işlərində söz sahibi, həm də böyük sərvət sahibi olub.
Onun Memar Sinanı özünə böyük bir eşqlə bağladığı söylənilir.1540-1548-ci illər arasında İstanbulun Üsküdar səmtində məscid, mədrəsə, ibtidai məktəb və xəstəxanadan ibarət olan böyük bir bina inşa etdirib.
Nurbanu Sultan
Osmanlı dövlətinin 11-ci padşahı II Səlimin həyat yoldaşı olan Nurbanu Sultan eyni zamanda 3-cü Muradın anasıdır. Nurbanu Sultan əslən Venesiyadandır. Bu iki ölkə arasında gedən müharibənin qarşısı Nurbanu Sultanın sayəsində alınıb. 2-ci Səlimin zamanında dövlət işlərində sözü keçən Nurbanu Sultanın oğlu 3-cü Murad üzərində də böyük təsiri olub.
Safiyə Sultan
Nurbanu Sultan kimi, Safiyə Sultan da Venesiya ilə Osmanlı arasında danışıqlar aparsa da, diplomatik bacarığı ilə deyil, daha çox qəddarlığı ilə ad çıxarıb. Tarixi mənbələrdə Safiyə Sultanın bir çox insana olmazın əzablar verdiyi deyilir. 3-cü Muradın həyat yoldaşı olan Safiyə Sultan padşaha hər istədiyini etdirdiyi üçün Nurbanu Sultan ilə aralarında münaqişə yaranıb.
Kösəm Sultan
Hürrəm Sultandan sonra tarixi kitablarda adı ən çox çəkilən və ən güclü qadınlardan biri də Kösəm Sultandır. 1-ci Əhmədin həyat yoldaşı olan Kösəm Sultan qısa müddətdə sarayda böyük nüfuz qazanıb. Bundan başqa, o, dövlət idarəçiliyində mühüm rol oynayıb.
1-ci Əhmədin ölümüylə 27 yaşında dul qalan Kösəm Sultan dövlət işlərinə qarışıb. Hətta bəzi siyasi fəaliyyətləri üzündən köhnə saraya göndərildiyi də bildirilir. Oğlu 4-cü Murad 11 yaşında taxta çıxdığından ona təsir gücü daha böyük olub. Hətta nəvəsi şahzadə 4-cü Mehmetin zamanında da məhz onun sözü keçib. Kösəm Sultanı gəlini Turxan Sultan öldürtdürüb.
Xeyriyyəçi kimi də tanınan Kösəm Sultanla bağlı tarixdə borca görə həbsə düşənlərin borcunu ödəyərək onları azadlığa buraxdırdığı barədə faktlar da var.
Xədicə Turxan Sultan
Əslən Ukraynadan olan Xədicə Turxan Sultanın əsl adı Nadya olub. 12 yaşlarında ikən Krım tatarlarına əsir düşərək İstanbula gətirilib. Dəli İbrahimin xanımı, 4-cü Mehmetin anası - Xədicə Turxan Sultan xalq tərəfindən çox sevilib. Hakimiyyət uğrunda mübarizədə qayınanası Kösəm Sultanı öldürtdürərək qələbəsini təmin edib. Belə ki, oğlu IV Mehmet 1648-ci ildə 4 yaşında taxta çıxdığından dövlət işlərində qayınanası Kösəm Sultanın sözü keçib. Buna görə də Turxan Sultanla Kösəm Sultan arasında güclü rəqabət başlayıb. Bu rəqabət 3 il - Kösəm Sultanın ölümünə qədər davam edib.
Turxan Sultan ümumilikdə 34 il sultanlıq edərək Osmanlı tarixində ən uzunmüddətli "Validə Sultan" kimi tarixə düşüb.
Aytən
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq




















.png)


.jpg)














