Tarix
"Təsadüfi" erməni gülləsinə tuş gəlmiş daha bir ziyalımız
Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy
Köçərli 1863-cü il yanvarın 26-da Şuşada doğulub.
İbtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası
Əhməd bəyin elmə, maarifə, böyük marağı və həvəsi olub. Bu səbəbdən
də oğlunu dövrünün ən yaxşı məktəblərində oxutmaq istəyində idi.
Atasının arzularına rəğmən Firidun bəy Köçərli doğma şəhərdə
fəaliyyət göstərən Rus Məktəbinə daxil olub. O dövrdə məşhur rus
pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər
Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli
onun diqqətini çəkib. Beləliklə, Firidun bəy Köçərli öz taleyini
seminariyaya bağlayıb.
1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirəndən sonra bir müddət İrəvan gimnaziyasında dərs deyib. Köcərlini İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasının tamaşası İrəvan əhalisinin həyatında böyük mədəni hadisəyə çevrilir. Köçərli Qori Müəllimlər Seminariyasında dərs deyib, 1918-ci ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. Firidun bəy Köçərli 1920-ci ilin mayında Gəncədə baş verən antisovet üsyanı zamanı XI Qızıl ordunun 20-ci diviziyasının hökmü əsasında həbs edilib. Erməni Sarkis Danilyanın diktəsi ilə Firidun bəy Köçərli haqqında verilən saxta hökmə əsasən barəsində güllələnmə qərarı çıxarılıb.
Bu qərarı fövqəladə komissar Həmid Sultanov təsdiq edib. Firidun
bəy Köçərlinin həbs edilməsi haqqında xəbər o zaman Azərbaycan SSR
Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova çatdırılıb. O,
Firidun bəyin azad olunması barədə Gəncəyə teleqram göndərib.
Təəssüf ki, artıq gec idi. Canilərin göstərişi ilə arxadan atılan
güllə Firidun bəyin həyatına son qoyub. Uzun illər bu məsələ gizli
saxlanılıb və onun bir təsadüf nəticəsində güllələndiyi bildirilib.
(sputnik.az)
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO












.jpg)








.png)





.jpg)











