Tarix
Qadın və uşaqları düşməndən qorumaq üçün burada gizlədiblər - - FOTO
Qax rayonunda turizm obyektləri, görməli yerlər çoxdur. Onlar arasında "İçəri bazar" da xüsusi maraq doğurur. "İçəri bazar" tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. "İçəri bazar" qala kompleksinə səyahət edərək, keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür.
Bəzi mənbələrdə qeyd olunur ki, İlisu sultanı Adı Görklü bəy XVI
əsrdə Qax qalasını tikdirib. "İçəri bazar" XIX əsrin sonları — XX
əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr yeri, xalq
yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz
funksiyasını davam etdirib.
Sputnik Azərbaycan-a danışan tarixçi Məcid Mehraninin sözlərinə
görə, "İçəri bazar"ın tarixi XV əsrə gedib çıxır: "Ümumiyyətlə,
orta əsrlər dövrünə aid qalalar, adətən iki cür olurdu. Birincisi
qalaiçidir. Qalaiçində olanlar adətən ticarətlə, sənətkarlıqla və
sairlə məşğul olurdular. İkincisi, qalaçölüdür. Qalaçölündə
yaşayanlar isə kənd təsərrüfatı — əkinçilik, maldarlıq və sairlə
məşğul olurdular". "Amma yadelli hücumu olan vaxt qalanın
çölündəkilər də qalanın içinə sığınıb müdafiə olunurdular. Hücum
dəf olunanadək orada mübarizə aparırdılar" — tarixçi bildirir.
Mehraninin dediyinə görə, vaxtilə bu qalanın çölündə bir türk
hamamı olub: "Həmin hamamda daşın üzərində 1485-ci il
göstərilmişdi. Əgər o, qaladan sonra tikilmiş olsaydı, yəqin ki,
qalanın içərisində olardı. Görünür, qala bundan daha əvvəl tikilib.
Çünki bu tip tikililər, adətən qala içərisində olurdu. İndiki
"İçəri bazar"ın görünüşündən isə ancaq iki tərəfdən giriş və çıxış
qapıları qalıb".
"50-60 il bundan əvvəl oradakı qalıqlar daha köhnə qaydalara uyğun
idi. Belə ki, mağazaların, bütün ikimərtəbəli binaların hamısında
eyvan var idi. Eyvanın altında isə açılıb-yığılan taxta qapı və
pəncərələr var idi. Çünki burada mağazalar, dəmirçi və qalayçı
sexləri, misgərlər, zərgərlər və s. olub. Tikililərin bu cür olması
təsadüf deyildi. Eyvanların, ikimərtəbəli binaların bu cür
tikilməsinin səbəbi bu bazarda gəzən insanların yağışda, qarda,
günəşli havalarda daldalanaraq asanlıqla gəzməsini təmin etmək idi"
— tarixçi danışır.
Həmsöhbətimiz hazırda "İçəri bazar"ın bir giriş-çıxışının olduğunu
deyir: "Yolun yalnız bir hissəsində "P" şəklində ikimərtəbəli
binalar var. Həmin köhnə binaların 3 metrə yaxın zirzəmiləri var
idi. Bu zirzəmilərdə həm düşməndən qorunmaq üçün müdafiə məqsədilə
qadınlar və uşaqlar gizlənirdi, həm də əhali orada ərzaq
saxlayırdı. Ancaq indi o zirzəmilər və ikimərtəbəli binalar
dağıdılıb. Türk hamamları da Sovet dövründə dağıdılıb". Tarixçinin
bildirdiyinə görə, 1963-1965-ci illərdə dağıntılar altından 3
tonluq, 5 tonluq, bəzən də 10 tonluq küplər çıxıb: "O küpləri
insanlar alırdılar və çaxır üçün istifadə edirdilər. Lakin bu
küplər çaxır üçün deyildi. İnsanlar orta əsrlərdə ondan qalada su
və ərzaq ehtiyatı saxlamaq üçün istifadə edirdilər. Çünki döyüşlər
bir aya yaxın davam edirdi. Sonra həmin küpləri Sovet dövründə
çıxarıb apardılar. Bu da qalanın mahiyyətini, simasını itirməsinə
səbəb olurdu. O küplər indi yerində qalsaydı, ayrıca abidələr
olacaqdı".
Mehrani qeyd edir ki, "İçəri bazar"ın səki və sərbəndinin 50-60 il
bundan qabaq özünəməxsus gözəlliyi olub: "O dövrdə sərbənd hamar
kəsilmiş çay daşlarından düzülmüşdü. İndi isə həmin çay daşları
yumru, əyri daşlarla əvəz olunub. Qalanın bu formada tikilməsi
düşünülmüş şəkildə olub. Bu, zirzəmilər, eyvanlar və binaların
bitişik tikilməsi müdafiə məqsədi daşıyıb. Bu da düşməndən qorunmaq
üçün ikinci qala rolunu oynayırdı".
"İçəri bazar" qalasının digər qalalardan fərqi budur ki, bu, şəhər
tipli, bazar tipli yeganə qaladır. İndi bu qalanın içində açıq
kinoteatr yerləşir. Qaxdakı əlamətdar tədbirlərin çoxunu burada
keçirirlər. Xüsusilə yay aylarında burada təşkil olunan
festivallar, konsertlər və s. turistlərin ciddi marağına səbəb
olur.
-
MDB09:06Rusları və erməniləri təhqir edən “Donald Tramp” tapıldı: Tofiq İsmayılov saxlanıldı
-
Sosial08:49Pensiyalarla bağlı vacib xəbər - İlin sonunda…
-
Nəqliyyat08:37Bakının bu yollarında tıxac var - Siyahı
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq




















.png)


.jpg)














