Tarix
Milli Məclis Milli Şuranın qərarını ləğv edəcək?
Azərbaycan tarixən ermənilərə verilmiş torpaqlar
üzərində varislik hüququnu bərpa etməlidir. Bu təkliflə Milli
Məclisin deputatı, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov
parlamentin bu gün keçirilən iclasında çıxış edib. Deputat bildirib
ki, İrəvan da daxil olmaqla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ermənilərə verilmiş 9 min kv.km torpağın Azərbaycan xalqına
qaytarılması barədə məsələ qaldırmalıyıq.
Tarixçi deputat Fəzail İbrahimli həmkarının təklifinə münasibət
bildirib. Deputat Modern.az saytına açıqlamasında deyib ki,
Y.Mahmudovun təklifini düzgün başa düşmək lazımdır.
“Burada “İrəvana hücum edirik, İrəvanı tutacağıq” kimi fikirlər
səslənmir. Söhbət İrəvana hücumdan getmir. Sadəcə olaraq, tarixi
bir andan– 1918-ci ilin 29 may tarixli Milli Şuranın qərarından
söhbət gedir. Yaqub Mahmudov təklif edir ki, bu qərar ləğv
olunsun”-deyə o bildirib.
F.İbrahimli qeyd edib ki, özü də vaxtı ilə belə təşəbbüslə
çıxış edib.
“Amma bu, gündəmə gəlmədi. Cənab prezident də özü dəfələrlə bəyan
edib ki, Azərbaycan ikinci erməni dövlətinin yaranmasına imkan
verməyəcək. Bunların hamısının fonunda Milli Məclisin bir qərarı
ola bilər. Milli Məclisin belə qərarı olarsa ki, Milli Şuranın
filan tarixli qərarı ləğv olunsun, bu, dünyaya bir mesaj olar.
Yəni, dünyaya mesaj verərik ki, bu torpaqların hamısı Azərbaycanın
olub və bu ərazidə ikinci erməni yarana bilməz”.
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO












.jpg)








.png)





.jpg)











