Tarix
Bizi ermənilərə kim satdı: Nuru Paşa, yoxsa?.. – TARİXİ FAKTLAR
Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin “Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi” iddiası ciddi qalmaqala səbəb oldu.
“Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa
Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi.
Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan
sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”, - deyə o iddiasında
bildirib.
Bütün tarixi mənbələrin əksinə olan bu iddianın kimə istinadən
səsləndirilməsi də maraqlı idi.
A.Əlizadə bildirib ki, o, bu barədə Fazil Mustafanın (Milli
Məclisin deputatı – red.) elmi məqaləsinə istinadən danışır.
F.Mustafa isə deyilənləri təkzib etdi və bildirdi ki, heç vaxt Nuru
Paşaya qarşı bir kəlmə də yazmayıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Sonradan Araz Əlizadənin yanlışlığa yol verdiyinə görə Fazil
Mustafadan üzr istədiyi haqda məlumat yayıldı. İki deputatın
mübahisəsi sona çatsa da, Nuru Paşa haqqında iddianın müzakirəsi
bitmir.
Publika.az bu müzakirələri nəzərə alaraq, XX əsrin
əvvəllərində baş verənlərə aydınlıq gətirmək üçün tarixçilərə üz
tutdu.

Bakı Dövlət Universitetinin tarix elmləri üzrə doktoru,
professor Nəsiman Yaqublu deyir ki, Türkiyənin Azərbaycan
tarixində xilaskarlıq missiyasını danmaq olmaz: “Türklər 1918-ci
ildə də Azərbaycanın dövlət olmasında önəmli rol oynadı. Başda Nuru
paşa olmaqla türk əsgərləri Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti
ilə gəlmişdilər. 1918-ci ildə AXC ilə Osmanlı dövləti arasında
müqavilə imzalanmışdı. Həmin müqavilənin dördüncü maddəsində
deyilirdi ki, “Azərbaycan xalq Cümhuriyyəti Osmanlı dövlətindən
hərbi yardım istəmək hüququna malikdir”. Türklər həmin müqaviləyə
əsasən Azərbaycana gəldilər və Bakını azad etdilər”.
Osmanlının erməniləri azərbaycanlıların üstünə qaldırması iddiasına
gəlincə, N.Yaqublu məsələnin başqa cür olduğuna diqqət çəkib.
“Osmanlıda yaşayan ermənilər özlərinin dövlətini yaratmaq
xülyası ilə silahlı qiyama başladılar. Vanda, Zonquldağda və digər
bölgələrdə belə qiyamlar oldu. I Dünya müharibəsində Çar Rusiyası
da Türkiyə əraziləri hesabına erməni dövlətinin yaradılmasını
dəstəkləyirdi. Lakin Türkiyə buna imkan vermədi. Həmin vaxt
Azərbaycana keçən silahlı ermənilər azərbaycanlıları qətlə
yetirməyə başladılar. Həmçinin, I Dünya müharibəsində çar ordusunun
tərkibindəki silahlı ermənilər müharibədən sonra Qərbi Azərbaycanda
yüzlərlə kəndimizi dağıtdı, minlərlə azərbaycanlını qətlə yetirdi”,
- deyə o vurğulayıb.
Professor Məmməd Əmin Rəsuzladənin 1918-ci ildə türklərlə bağlı
dediklərini də diqqətə çatdırıb: “Rəsulzadə yazırdı ki, “1918-ci
ilin 28 mayında dövlətimizi qurmuşuqsa, 15 sentyabrda bunu sözdən
əmələ keçirmişik”. Yəni Bakı işğaldan azad olunandan sonra bu
mümkün olub.
Rəsulzadə həmçinin, vurğulayırdı ki, “28 may olmasaydı, 15 sentyabr
da olmayacaqdı, 15 sentyabr olmasaydı, 28 may olmayacaqdı.
Birincinin səbəbkarı biz, ikincinin isə türklərdir”. Gəncədən
başlayaraq, Bakı, Göyçay, Hacıqabul, Şamaxı, Qobu, Ağsu və digər
ərazilərin azad olunmasında 1000-dən çox türk əsgəri şəhid olub.
Biz xilaskarımız olan bu şəhidlərin ruhuna hörmətlə
yanaşmalıyıq”.

Tarix elmləri namizədi Kərəm Məmmədov da Osmanlı
və Nuru Paşa haqqındakı iddiaları absurd hesab edir.
“Əgər Osmanlı 1918-ci ildə erməniləri bizim üstümüzə qaldırmışdısa,
bəs 1905-ci ildə olanları kim eləmişdi?! Bu yanaşmanın heç bir
əsası yoxdur”, - deyə o bildirib.
K.Məmmədov qeyd edib ki, bütün münaqişə 1828-ci ildə Türkmənçay
müqaviləsindən sonra başlandı: “Həmin müqavilənin 15-ci maddəsinə
uyğun olaraq, Çar Rusiyası erməniləri Azərbaycanın ən görməli,
yaxşı yerlərinə köçürtdü. Bununla da münaqişənin əsası qoyuldu. Çar
Rusiyası bundan zaman-zaman basdırılmış mina kimi istifadə etdi,
həmişə də erməniləri müdafiəsində durdu. 1918-ci ildə baş verənlər
də bunun davamı idi”.
Tarix elmləri namizədi əlavə edib ki, Nuru Paşa Azərbaycana ordu
ilə gəlməmişdi.
“O, bir neçə zabitlə gəlmişdi və Qafqaz İslam ordusunu burada
yaratdı. Əvvəlcə Dağ Borçalıdan könüllülər bu orduya qatıldı. Sonra
Gümrüdən, Cəlaloğludan, Qazaxdan, Gəncədən gələnlər əsasında ordu
yaradıldı. Nuru Paşanın ögey qardaşı Ənvər Paşa da artilleriya
dəstəsi göndərdi. Çünki həmin vaxt bizim artilleriyamız yox idi.
Beləliklə, Bakı işğaldan azad olundu. Burada hansı qızıldan söhbət
gedə bilər?! Ola bilsin ki, Bakı işğaldan azad olunandan sonra
əsgərlərə hansısa mükafatlar verilib. Lakin bu, da dəqiq deyil.
Osmanlı ordusu muzdlu qoşun deyildi ki, nəyinsə qarşılığında
döyüşsünlər. Bu iddialar hansı mənbələrə əsasən irəli sürülür?!”, -
deyə o vurğulayıb.
K.Məmmədov hazırda çoxlarının özünü tarixçi hesab etdiyinə də
diqqət çəkib: “Bir çox adamın tarixi mənbələrdən xəbəri belə
yoxdur. Vaxtilə Çar Rusiyası və SSRİ-nin tarixi dərsliklərindən
oxuyub danışırlar. Görünür, yeni mənbə oxumaq istəmirlər”.
Asif
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?
-
Nida Xəbər 14:36Humanitar yardım Azərbaycan-İran sərhədinə çatdı - Yenilənib
-
MDB14:26Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın













.jpg)
























