Tarix
Tarixdə BU GÜN
![]() |
1991-ci il. Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılıb. Digər bir qərarla isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağına Azərbaycan Respublikasının dövlət bayrağı statusu verilib. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub. |
![]() |
1918-ci il. Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu Qara Qarayev anadan olub (1918-1982). Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb (1948). “Vətən” və “Zəriflik” operalarının, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərinin, bir sıra vokal-simfonik əsərlərin müəllifidir. SSRİ Xalq Artisti və Sosialist Əməyi Qəhrəmanı adlarına, Stalin və Lenin mükafatlarına layiq görülüb. Bakı şəhərinin 28 May küçəsində abidəsi ucaldılıb, Bakı Metrosunun stansiyalarından birinə onun adı verilib. |
![]() |
1962-ci il. Fransa keçmiş müstəmləkəsi olan Əlcəzairin müstəqilliyini tanıyıb. Əlcəzair xalqı 6 illik müstəqillik müharibəsindən sonra buna nail olub. Prezident Şarl de Qollun qərarı Fransanın əksər qüvvələrində ciddi etiraz doğurub, onun istefası ilə bağlı aksiyalar başlanıb. |
![]() |
1869-cu il. Avstraliyada dünyada ən böyük qızıl külçə aşkar edilib. Hazırda muzeydə saxlanan həmin külçənin kütləsi 78 kiloqram, saflığı isə 91 faizə yaxındır. |
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
















.jpg)








.png)





.jpg)











