Tarix
Primakov, İvanov, Lavrov - Rus nazirləri Azərbaycana nə bağlayır?
1990-cı ildən etibarən Rusiyanın xarici işlər naziri olmuş hər üç diplomatın – Yevgeni Primakov, İqor İvanov və Sergey Lavrovun - uşaqlığı Qafqazla bağlıdır.
Publika.az “Vestnik kavkaza” saytına istinadən
xəbər verir ki, 1996-98-ci illərdə Rusiya XİN-ə rəhbərlik etmiş
Primakov Kiyevdə doğulub, lakin uşaqlığı və gənclik illəri Tiflisdə
keçib. XX əsrin sonlarında o öz memuarlarında yazırdı: “Mən
Tiflisdə böyümüşən, bu şəhəri və ölkəni çox sevirəm. Mənə çox
ağırdır ki, təyyarəyə əyləşib hər gün ora uçmağa və qayıtmağa
imkanım yoxdur. Nə vaxt xarici işlər naziri postundan gedəcəm, o
zaman özümə bu imkanı yaradacam”.

Primakov Bakıda anası ilə
Primakov Bakını da özünün doğma şəhəri hesab edirdi. 1944-cü ildə
o, Bakıda hərbi dəniz hazırlığı məktəbinə daxil olub. Öz
xatirələrində yazırdı: “Yeddinci sinifi bitirib, Bakı hərbi dəniz
hazırlığı məktəbinə getmək istədiyimi anama dedim. Anam əvvəlcə
fikrimi dəyişməyə çalışdı, lakin sonradan razılaşdı. İki il orada
oxudum, lakin bu illər çətin keçdi. “Pravda” tədris gəmisində
təcrübə keçdim. Bütün çətinlikləri geridə qoyduğum bir vaxtda
səhhətimdə yaranan problemə görə məni oradan xaric etdilər. Məndə
vərəmin ilkin mərhələsi aşkar edilmişdi”.
Primakovdan sonra Rusiya diplomatiyasına rəhbərlik etmiş İvan
İvanov Moskvada doğulsa da, yeddi ilə qədər Gürcüstanda yaşayıb.
Onun anası Eliko (Yelena) Saqiraşvili Pankisi dərəsinin sakini
idi.
- Biz beş nəfər idik. Eliko ən böyüyü idi. O, 1909-cu ildə anadan
olmuşdu. Mən ən kiçiyi idim. 1925-ci il təvəllüdəm –İqorun dayısı
Levan Saqiraşvili danışır - Eliko çox bacarıqlı idi. Onu Moskvaya
oxumağa göndərirlər. Orada Sergey İvanovla tanış olur və onlar
evlənirlər. Onların İqor və Nina adlı uşaqları oldu. Hər yay
uşaqlar bizdə qalırdılar. Eliko milis mayoru rütbəsinə qədər
yüksəldi. O, Moskvanın Sovet rayonunun Dövlət Yol Polis idarəsinin
müdiri idi.

İqorun anası 1982-ci ildə Moskvada öldü və orada dəfn etdilər.
Onun atasının isə vaxtilə Azərbaycanda yaşadığı və orada da öldüyü
deyilir. Əldə olan sənədlərdə İqor İvanovun atası haqda müfəssəl
məlumat yoxdur. “Sergey İvanov –hərbiçi, polkovnik”, - yalnız bu
sözlər var.
Lakin dəqiqləşməmiş məlumatlara görə, İqorun atası uzun müddət
Azərbaycanın Saatlı rayonunda yaşayıb və işləyib. 1975-ci ildə
vəfat edib, elə orada da dəfn olunub. Sergey İvanov II Dünya
müharibəsi zamanı dəmir yollarının bərpası işində işləyib. 1943-cü
ildə bu sahə hərbiləşib. Ata İvanov dəmir yolu qoşununa keçib və
zabit rütbəsi alıb. Daha sonra Azərbaycana gələn İvanov
dəmiryolçulara tikilmiş evdə məskunlaşıb. Saatlıda onun başqa
ailəsi olub.

Sergey İvanovun Saatlıdakı evi
Saatlı sakini Müzəffər Məmmədov danışır ki, Sergeyin başqa
ailəsinin olduğu haqda eşidibmiş: “Mən eşitmişdim ki, onun başqa
qadından oğlu var və həmin qadın yüksək dövlət vəzifəsində işləyir.
Lakin Sergeyin özü heç vaxt bu haqda danışmırdı. O, şən, xoşqəlbli
insan idi. Mənim qızım müharibə haqda şeirlər oxuyanda onun gözləri
dolurdu”.

Sergey İvanov Saatlıda komsomolçularla. 1967-ci il.
Yerli sakinlər danışırlar ki, İqor İvanov 1960-cı illərdə Bakıya
gəlir və atası ilə görüşürdü. Atası öləndə İqor SSRİ-nin İspaniya
səfirliyində işləyirdi.
“Mən o haqda tənqidləri qəbul edirəm ki, bura tez gəlməli idim.
Lakin səbəblər axtarmayacam, əfsus ki, bunu bacarmadım”, - deyə
İqor 1999-cu ilin 2 sentyabrında xarici işlər naziri kimi Bakıya
səfəri zamanı danışır.
O, bununla yalnız dövlətlərarası münasibətlərimi nəzərdə tuturdu?
Burası tapmaca olaraq qalır.

Sergey Lavrovun gəncliyi
2004-cü ildən Rusiya xarici siyasətinə rəhbərlik edən Sergey Lavrov
Qafqaz mənşəli olduğunu gizlətmir. 2005-ci ildə Rus-erməni slvayan
universitetində görüşü zamanı tələbələrdən biri ondan soruşur:
“Erməni köklü olması nazirə işində kömək edirmi?”.
“Mənim köküm gürcüdür. Atam Tiflisdəndir, lakin qanım erməni
qanıdır”, - deyə Lavrov cavabında qeyd edir.
Asif
-
Region06:16İranda qadınlar hərbi hazırlıq prosesinə cəlb olunur - Foto
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
















-332321585f0779969d9957a0ad7dcda0.jpg)






.png)














