“Titanik”i də arxada qoydu - Dəhşətli gəmi faciələrinin "TOP-6"-lığı - - FOTOLAR
Bizi izləyin

Tarix

“Titanik”i də arxada qoydu - Dəhşətli gəmi faciələrinin "TOP-6"-lığı - - FOTOLAR

“Titanik”in qəzası gəmi qəzalarının reytinqində yalnız 46-cı yerdədir.

Yəqin, dünyada elə bir insan yoxdur ki, “Titanik” gəmisinin qəzası barədə eşitməsin. 1912-ci il aprelin 14-də Atlantik okeanında “Titanik”in aysberqlə toqquşması nəticəsində gəmidə olan 2224 nəfərdən 1513-ü həlak oldu. Və çox güman ki, əksəriyyət bu hadisəni tarixin ən böyük gəmi qəzası kimi tanıyır. Ancaq “Titanik”in qəzası gəmi qəzalarının reytinqində yalnız 46-cı yerdədir. Məlum olur ki, XX əsrdə “Titanik” qəzalarından daha genişmiqyaslı qəzalar baş verib.

Publika.az XX əsrdə baş verən dəhşətli gəmi qəzalarının TOP-6-lığını təqdim edir:

“Vilgelm Qustloff” alman gəmisi

Ən dəhşətli gəmi qəzalarının əksəriyyəti müharibə dövründə baş verib. Qurbanların ən böyük sayı isə “Vilgelm Qustloff” alman gəmisinin qəzası zamanı qeydə alınıb. 1945-ci il yanvarın 30-da Şərqi Prussiyadan qaçqınları təxliyyə edən gəmi Aleksandr Marineskonun komandanlıq etdiyi S-13 SSRİ sualtı gəmisi tərəfindən vurulur. Nəticədə 9 min nəfərdən çox insan həlak olur.

“Szin-Yuan” və “Taypin”

“Taypin” sərnişin-yük paroxodu Çin ordusundan Tayvanda gizlənməyə çalışan qaçqınları Şanxaydan təxliyyə edirdi. Gəmi 1949-cu il noyabrın 27-də kömür daşıyan “Szin-Yuan” yük paroxodu ilə toqquşur. Hadisənin səbəbi pis hava şərtləri idi. Toqquşma zamanı yaxınlıqdan keçən Avstraliyanın “Varramunqa” esminesi dərhal yardıma tələsir. Amma yalnız 36 nəfəri xilas etmək mümkün olur. Hər iki gəmidəkilər 15-20 dəqiqə ərzində suyun altına gedir. Qurbanların dəqiq sayı məlum deyil. Müxtəlif qiymətləndirilmələrə görə, 1000 nəfərdən 1 600-ə qədər insan həlak olub.

“Lenin”

“Lenin” sərnişin-yük paroxodu mühasirəyə alınmış Odessa sakinlərini təxliyyə edirdi. Gəmi yarımadanın Sarıç burnunun yaxınlığından keçəndə - 1941-ci il iyulun 27-də sovet minasına toxunur. Şahidlərin xatirələrinə görə, “Lenin”in görəytəsində təxminən 4 min insan var idi. Ölənlərin sayı indiyə qədər dəqiq məlum deyil, amma onların sayının 2,5 min olduğu təxmin edilir.

“Monblan”

Kanadanın Qalifaks şəhərinin limanında 1917-ci il dekabrın 6-da iki nəqliyyat gəmisinin toqquşması ən qanlı dəniz qəzaları siyahısına daxildir. Hər iki gəminin ekipajı kiçik olsa da, faciədə 1963 insan həlak olub, təxminən 2 min nəfər itib, 9 min nəfər yaralanıb.

Məsələ ondadır ki, gəmilərdən birində - “Monblan” fransız hərbi nəqliyyat gəmisində demək olar ki, 3 min ton partlayıcı maddə var idi. Gəmi limana girərək “İmo” Norveç paroxodu ilə toqquşur. Zərbədən sonra benzol göyərtəyə dağılır və yanmağa başlayır. “Monblan” kapitanı öz ekipajına gəmini tərk etməyə imkan verir. Bütün komanda sahilə qədər sağ-salamat üzərək xilas olur. Qalifaksın əhalisi isə “Monblan”dakı ölümcül təhlükəli yük haqqında bilmirdi. Buna görə də xeyli sayda insan yanan gəmiyə baxmaq üçün limana toplaşdı. İnsanların limanda olduğu bir vaxtda baş verən nəhəng partlayış faciənin genişmiqyaslı olmasını qaçılmaz edib. Dağıntılar dəhşətli idi. Şəhərdə yanğın bir neçə gün davam etdi. Şəhərin şimal hissəsi faktiki olaraq Yer üzündən silindi.

Qalifaksdakı partlayış uzun müddət ictimaiyyətdən gizlədilib. Partlayışı müasir alimlər üç kiloton tratil ekvivalentində qiymətləndirirlər.

“Oria” gəmisi

İtaliya II Dünya müharibəsindən çıxandan sonra almanlar kontinental Yunanıstana minlərlə italyan hərbi əsirini aparırdı. “Oria” Norveç gəmisi bu əməliyyata cəlb edilən çoxsaylı gəmilərdən biri idi. Son reysinə çıxanda onun göyərtəsində 4064 italyan hərbi əsiri və ekipajın 90 üzvü var idi.

Gəmi fırtına səbəbilə qayalara çırpıldı və batdı. 4074 insan həlak oldu.

“Donya Pas” gəmisi

1987-ci il dekabrın 25-də Filippin sahillərində “Donya Pas” sərnişin gəmisi tankerlə toqquşdu. Gəmi Manila-Katbaloqan-Takloban marşrutu ilə reysi yerinə yetirirdi. Ekipaj akvatoriyanı yaxşı tanıyırdı, hava yaxşı idi və buna görə də heç kim marşrutu izləmirdi. Bütün zabitlər televizora baxır və pivə içirdilər.

Gəmi səhər saat 6:30-da “Vektor” tankeri ilə toqquşur. Neft məhsulları tankerdən tökülərək yanmağa başlayır.“Donya Pas”ın gəmisinin ekipajı sərnişinlərlə birlikdə təlaşa düşür və təxliyyə düzgün təşkil edilmir. Sərnişin xilas olmağa çalışaraq suya tullanırdılar. Suyun səthində isə dağılmış yanacaq yanırdı.

Bundan başqa, gəmilərdən heç biri SOS siqnalı verməyib. Hakimiyyət faciə haqqında yalnız 8 saat sonra xəbər tutub. Buna görə də axtarış qrupu 4412 nəfərdən yalnız 26 nəfəri xilas etməyi bacarır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm