Tarix
Bakıda həlak olan ingilis əsgərlərinin dəfni:1918-ci il, “Alov Qüllələri”nin ərazisi - - FOTOLAR
Britaniya Hərbi Tarix Müzeyinin fondlarında Azərbaycanla bağlı maraqlı sənədlər və fotolar saxlanılır.
Bu sənədlərin bir hissəsi 1918-20-ci illərdə Bakıda olan ingilis ordusunun fəaliyyəti ilə bağlıdır.
Maraqlı fotolardan biri də Bakıdakı döyüşlərdə həlak olan ingilis əsgərlərinin dəfni ilə bağlıdır.
Qeyd edək ki, 1 avqust 1918-ci ildə Bakı Kommunasının suqutundan sonra şəhərədə daşnaklar və menşeviklər tərəfindən elan edilmiş oyuncaq Sentrokaspi Diktaturası İranda yerləşən ingilis ordusunu Bakıya dəvət etmişdi. Diktatura cəmi 45 gün hakimiyyətdə qalıb.
Həmin dövrdə İranda yerləşən ingilis qoşunu Bakıya daxil olaraq hərbi Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna qarşı döyüşlərə qoşulub.
General Lionel Denstervil tərəfindən göndərilən polkovnik C.B.Stokesin başçılıq etdiyi ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya gəlib. Daha sonra polkovnik R.Keyvortun başçılığı ilə daha bir hərbi hissə Bakıya çatdı. İngilis ordusu Bakıda Qafqaz İslam Ordusuna qarşı müdafiə xətti təşkil etməyə çalışıb və bunun üçün şəhərdə olan erməni hərbi dəstələrindən və ruslardan istifadə edib.
15 avqust 1918-ci ildə polkovnik R.Keyvort şəhərdə özbaşınalıq olduğunu, əsgərlərin istədiyi vaxt hərbi hissəni tərk edib şəhərə getdiyini, sanitar vəziyyətin acınacaqlı halda olmasını, aclığın başladığını yazırdı. Denstervil özü artıq 17 avqustda Bakıda idi.
14 sentyabrda Qafqaz İslam Ordusunun yekun hücumlarından sonra, ingilislər Bakıda qalmağın mümkün olmaması haqqında mərkəzə məlumat verir. İngilis ordusu şəhəri tərk etmək qərarına gəlir. 1918-ci il 15 sentyabr tarixində Bakı döyüşü nəticəsində Sentrokaspi Diktaturası dağıldı və Bakı şəhəri Azərbaycan Demokratik Respublikasının nəzarəti altına keçdi.
Bakı uğrunda həlak olan ingilis əsgərlərini isə hazırda Şəhidlər Xiyabanı ərazisində olan yerdə basdırıblar. Fotolarda əks olunan dəfn mərasimində ingilis bayrağına bürünmüş cənazələrin gətirildiyi və xristian ənənələri ilə dəfni əks olunur. Bura çox guman ki, Çəmbərəkənd qəbristanlığının katolik-lüteran tərəfidir. Hazırda bu yerdə “Alov Qüllələri” yerləşir.
Şəhidlər Xiyabanı ərazisİndə isə Bakıının ələ keçirilməsi uğrunda həlak olmuş ingilis əsgərlərinin xatirə lövhəsi var. (strateq.az)
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO





















.png)





.jpg)











