Tarix
Bakıdan olduğunu gizlədən marşal qızıl dolu təyyarəni necə oğurladı? – AÇILMAYAN SİRR
“Rossia-1” telekanalı SSRİ-nin aviasiya marşalı Sergey
Xudyakovun həyatındakı sirlər və tapmacalar haqqında sənədli film
çəkib.
Publika.az xəbər verir ki, “Marşal Xudyakovun ikili
həyatı” adlanan film onun kim olması və haqqındakı tapmacalardan
bəhs edir.
Xudyakov Böyük Vətən Müharibəsinə general-mayor rütbəsi ilə başladı, marşal olaraq başa vurdu. O, müharibə zamanı böyük işlər görmüşdü.
Müttəfiqlərin nümayəndə heyətinin Tehran və Yalta konfranslarına uçuşunu təmin etdi. SSRİ Hərbi Hava Qüvvələrinin 12-ci ordusunun Mancuriyaya (Çində tarixi ərazi-red) enməsini təşkil etdi, imperator Punu həbs etdi və Mancuriyanın qızıl ehtiyatını ələ keçirtdi. O, həmin vaxt artıq marşal rütbəsində idi. Lakin hər şey Mancuriyadakı qızılın nəqli zamanı baş verdi.

Xudyakovun rəhbərliyi ilə qızıl ehtiyatı iki təyyarəyə yükləndi
və SSRİ-yə doğru uçuş başlandı. Marşalın özü qızıl gətirən
təyyarələrin birində idi. Onun olmadığı təyyarə Moskvaya eniş etdi.
Xudyakovun mindiyi təyyarə isə havada yoxa çıxdı. O, qızılla
birlikdə təyyarəni oğurlamışdı.
1946-cı ildə Xudyakovu həbs etdilər. İstintaq isə marşalın əsil
kimliyini ortaya çıxartdı: Armenak Hafaryan – Qarabağdan Bakıya
köçmüş erməni. 1920-ci illərdə Bakıda adını dəyişdirərək, Sergey
Xudyakov edib.
O, bunu niyə etdi, kimdən gizlənirdi?
Bu tapmacanın cavabı indiyə qədər məlum deyil.
1950-ci ildə Xudyakov-Hasfaryan güllələndi. Sonralar isə ona bəraət
verdilər. Lakin onun həyatı tarixçilər üçün hələ də gizli olaraq
qalır.
Asif
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO





















.png)





.jpg)











