Tarix
“Mindən artıq əsiri geri qaytardım” – Xocalının keçmiş prokuroru
Femida.az 1991-1993-cü illərdə Şuşa, Əsgəran və Xocalı rayonlarının prokuroru olmuş Atakişi Atakişiyevdən müsahibə alıb.
Publika.az müsahibəni oxuculara təqdim edir:
- 1992-ci ilin əvvəllərində Xocalıda vəziyyət necə idi və
faciənin baş verəcəyi əvvəlcədən hiss olunurdumu?
- Açıq-aydın görürdük ki, ermənilər bizə qarşı müharibəyə başlamaq
istəyir. 1992-ci ilin 25 fevralında səhər saaat 10:00-da o vaxtkı
prezident Ayaz Mütəllibova və Baş prokuror Murad Babayevə teleqram
göndərdim. Onlara bildirdim ki, əgər həmin gün Xocalını mühasirədən
çıxara bilməsək, rayon işğal olunacaq. Xocalının itirilməsi isə
Dağlıq Qarabağın itirilməsi demək idi. Lakin əvvəlki teleqramlarda
olduğu kimi həmin teleqrama da mərkəzdən cavab gəlmədi. İnsanlar
çox çətin şəraitdə yaşayırdı. Buna baxmayaraq, hər bir xocalılı öz
torpağını qoruyurdu. Xocalıda ən böyük problem insanların
qidalanması ilə bağlı idi. Un tədarükümüz tükənmişdi. Çörək
tapmırdıq yeməyə. Aclıq hökm sürürdü. Hələ də uşaqların bir tikə
çörəyə görə necə ağladığını unuda bilmirəm. Çox çətin günlər
idi...
- Siz Xocalıdan nə vaxt çıxdınız?
- Faciədən 5 gün əvvəl mən Xocalını tərk etdim. Helikopterlə
Ağdamdakı qərargaha gəlmişdim. Hadisə baş verəndən bir ay əvvəl
Xocalıya gedən bütün yollar bağlanmışdı. Rayon tam olaraq mühasirə
şəraitində idi. Yalnız hərbi helikopterlərlə Xocalıya gedib-gələ
bilirdik. Helikpoterlə getmək də çox təhlükəli idi. Çünki silahla
atəşə tuturdular. Buna görə də Xocalıya gedəndə helikopterlərin
biri bizi müşayiət edirdi.
- Bəs, həmin helikopterlərlə Xocalı sakinlərini bölgədən
uzaqlaşdırmaq olmazdımı?
Helikopterlə getmək də çox riskli idi. Havadan dəfələrlə atəşə
tutulmuşuq. Fevralın 23-dən etibarən hava yolu vasitəsilə Xocalıya
səfər etmək mümkünsüz olmuşdu. Xocalı sakinlərini mühasirədən xilas
etmək üçün əlimdən gələni edirdim. Yazmadığım, müraciət etmədiyim
şəxs qalmamışdı. Mərkəzi hökumət isə hadisələrə biganə qalmışdı.
Heç bəzilərinin Xocalının harada yerləşməyindən xəbəri yox idi. O
vaxtkı səhiyyə nazirini buna görə tənqid etmişdim. Faciə baş
verəndən sonra onunla Milli Məclisdə qarşılaşdıq. Məni qucaqladı və
ağlayaraq dedi ki, yaxşı ki, onu tənqid etmişəm.
- Xocalı faciəsində ən böyük səhvimiz nə oldu?
- Həmin dövrdə hakimiyyət uğrunda gedən davalar bizim Xocalını
itirməyimizin və faciəni önləyə bilməməyimizin əsas səbəbi idi. Bir
dəfə mən Xocalının icra başçısı Elman Məmmədovla birlikdə Ayaz
Mütəllibovun otağında olduq. Ona bölgədəki son vəziyyəti izah
etdik. Ayaz Mütəllibova bildirdik ki, başda müdafiə naziri Rəhim
Qazıyev olmaqla, bir sıra rəhbər şəxslər Azərbaycana xəyanət edir
və onlar güllələnməlidir. Ayaz Mütəllibovun cavabı belə oldu:
“Mənim təbiətimdə adam öldürmək yoxdur”.
- Xocalının vəzifəli şəxsləri rayonu mühasirədən çıxarmaq
üçün əllərindən gələni edirdimi?
O zamankı icra başçısı Elman Məmmədov və digər vəzifəli şəxslər
xocalılılara gücləri çatan köməkliyi edirdilər. Mən özüm
rayonlardan silahlar yığırdım. İcra başçısı ilə daima bir yerdə
idik. Bütün işlərimizi bərabər planlaşdırırdıq. Xocalı aeroportunu
Əlif Hacıyevin rəhbərlik etdiyi dəstə qoruyurdu. 1991-ci ilin
sonunda Aqil Quliyevin başçılığı altında 21 nəfərlik dəstə də
Xocalıya köməyə gəlmişdi. Hamı əlindən gələni edirdi. Lakin şəhəri
mühasirədən çıxara bilmədik. Xocalı hadisələri baş verənə qədər 4-5
nəfər insan ölmüşdü. Yəni özümüzü qoruyub saxlaya bilmişdik. Hamı
bilirdi ki, ermənilər nə vaxtsa şəhərə hücum edəcək.
- Xocalıda əsir düşənlərin taleyi necə oldu?
Əsir düşənlərin geri qaytarılmasını öz üzərimə götürmüşdüm.
Əsirlərimizin 90 faizini geri qaytara bildik. Onları öz əllərimlə
dəyişdirirdim. Milli Qəhrəman Allahverdi Bağırovun da bu məsələdə
çox köməkliyi dəydi. Ermənilər əsirlərimizə qarşı da amansız
olmuşdular. Təqribən min nəfərdən də çox əsiri düşməndən geri ala
bildik. Əsirlikdən kimisə xilas etmək çox çətindir.
- Uzun müddət prokuror işləmisiniz. Sizcə, dünya
ictimaiyyəti Xocalı soyqırımına nə vaxt ədalətli qiymət
verəcək?
Xocalı faciəsini hansı ölkə inkar edirsə, deməli, həmin ölkənin bu
faciənin törədilməsində barmağı var. Lakin Azərbaycan çalışır ki,
dünya birliyi bu hadisələrə düzgün və ədalətli qiymət verilsin.
İnşallah bütün günahkarlar layiqli cəzalarını alarlar. Müharibəni
əsgər yox, sərkərdə udur. Ali Baş Komandanın bu müharibədən
Azərbaycanı qalib çıxaracağına inanırıq. Münaqişənin həll variantı
siyasətdən keçir.
- Xocalı hadisələri ilə bağlı indiyədək sirr kimi
saxladığınız məlumat varmı?
- Bəli, var. Amma o məlumatları Xocalını geri alandan sonra
söyləyəcəm.
-
İdman22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin222:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ