Tarix
Stalinin hələ də gizli saxlanılan donuz damındakı YERALTI SIĞINACAĞI - - FOTOLAR
II Dünya müharibəsindən öncə inşa olunmuş Stalinin
yeraltı sığınacağı tapılıb.
Publika.az xəbər verir ki, Volqa sahillərindəki Mixaylov
(indiki Nekrasov) qəsəbəsinin yaxınlığında Yaroslav ərazisində
kiçik bir donuz damı yerləşir. Uzun illər fermerlər bu damdakı
şaxtanı zibil tökmək üçün istifadə ediblər. Onlar hətta bu “çuxura”
görə sevinirdilər də, çünki zibili çölə çıxarmağa, yaxud daşımağa
ehtiyac yox idi.
Sirli zirzəmi
Tezliklə bu damın yaxınlığında dərin mədən dəhlizi tapıldı. Yerli
geoloq Valeri Muraşov bu tapıntı ilə maraqlandı və könüllü
köməkçilərlə dəhlizi yoxmaq qərarına gəldi. Dəhlizə baxış zamanı
məlum oldu ki, aşağıda beton löhvə irəliyə getməyə imkan
vermir.
Yerli sakinlərdən qocalar danışırdılar ki, 1930-cu illərdə bura
qadağan olunmuş zona idi və ətrafı tikanlı məftillərlə örtülmüşdü.
Daha sonra məlum olub ki, məxfi obyektin inşasında Volqadakı
islah-əmək düşərgəsinin dustaqları işləyib. Dustaqlar qazıntı
işinin böyük hissəsini yerinə yetirəndən sonra işi Moskva
metrosunun təcrübəli və ixtisaslaşdırılmış inşaatçıları təhvil
alıb.
Bu bölgədə yerləşən “Qırmızı təpə” sanatoriyasının işçisi Zinaida
Qriqori də deyir ki, bu dəhliz məxfi obyektə gedib çıxır. Onun
qayınanası Mariya Arseniya əri Aleksandr Aleksandrla birgə müharibə
vaxtı məxfi obyektdə işləyirmiş. Qadın paltaryuyan, kişi isə
çilingər imiş. Buna görə də onların oğulları Leonid Aleksandrı bu
obyektə buraxırmışlar.
Leonid Aleksandr danışır ki, o, yeraltı məxfi obyektdə dəhliz boyu
sərilmiş qırmızı xalçalar, yaxşı işıqlandırılmış böyül zal və
bahalı mebellər görüb.
Hətta şahidlər yeraltı obyektdə kiçik aerodromun da olduğu haqda
danışırlar.
Nekrasov qəsəbəsinin başçısı Leonid Boris deyir ki, obyektin
yanında xüsusi rabitə postu var idi və burada Dövlət Təhlükəsizlik
Komitəsinin əməkdaşları növbə çəkirdilər.
SSRİ dağılandan sonra məxfilikdən çıxarılmış 1941-ci ilin
noyabrında Ali Baş Komandan Stalinin imzaladığı №94522 sənədi də bu
bölgədə məxfi yeraltı sığınacağın yerləşdiyini təsdiq edir.
Məlumatlara görə, indi də həmin məxfi obyektə giriş məhduddur.
Yalnız donuz damından görünən “çuxur” və qarşısı beton llövhə ilə
örtülmüş dəhliz var.
Asif
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi






















.png)
















