Tarix
ABŞ-ın bütün dünyadan gizlətdiyi DƏHŞƏTLİ SİRR ORTAYA ÇIXDI: insanları şoka salan addım
1943-cü ildə Amerikada gəminin qəfil itməsi və eyni anda başqa bir limanda görünməsi haqda şayiələr gəzməyə başladı. ABŞ hökuməti təkzib edir və hər şeyi uydurma adlandırırdı. Lakin şahidlər gördüklərində israr edirdilər. Sonralar məlum oldu ki, bu, Amerikanın elmi sınağı imiş və həqiqətən baş verib.
Publika.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri 1943-cü ilin 28 oktyabrında məxfi sınaq keçirib.
Bu sınağın mahiyyəti ondan ibarət idi ki, gəminin ətrafında güclü elektromaqnit sahənin yaradılması nəticəsində radardan yayınmaq mümkün olur. “Filadelfiya sınağı” adı ilə məşhurlaşan məxfi sınağın şərti adı “Göy qurşağı” idi.
Amerikalı alimlər “Eldridj” adlı gəminin ətrafında elektromaqnit qasırğası yaradaraq, onu görünməz etdilər. Sınağı müşahidə etmiş şahidlər danışırlar ki, gəminin ətrafında güclü işıqlanma oldu və ətrafa yaşıl duman yayıldı. Lakin hər şey təkcə gəminin gözəgörünməzliyi ilə başa çatmadı. Hamını dəhşətə gətirən şey gəminin qəfil yoxa çıxması və Filadelfiyadan 320 kilometr məsafədə yerləşən Norfolk limanında görünməsi idi. Gəmi təkcə düşmən radarına görünməz olmurdu, həm də xəritədə başqa yerdə görünürdü.
Sınaq zamanı gəmidə olan 181 nəfər ekipaj üzvündən yalnız 21 nəfəri sağ qaldı. 13 matros şüalanmanın nəticəsində ölmüşdü, digərləri isə yoxa çıxmışdı. Sağ qalan ekipaj üzvləri güclü stress keçirmişdi. Onlar qəribə şeylər gördüklərini danışırdılar.
ABŞ Hərbi Dəniz Qüvvələri “Filadelfiya sınağı”nı rəsmən təsdiq etmədi, lakin bu, real idi. Daha sonra yaradılmış “Stels” görünməzlik hərbi texnologiyası da həmin sınağın nəticəsi idi. Bu texnologiya hərbi obyektləri, gəmiləri və təyyarələri düşmən üçün gözəgörünməz edirdi.
Pentaqon rəsmən təsdiqləməsə də “Filadelfiya sınağı” haqda məlumatlar mətbuata sızdı və dünyanın müzakirəsinə çevrildi. 1955-ci ildə məşhur amerikalı ufoloq M.Cessupasın kitabı çıxdı. Ufoloq kitabında UNO-ların mövcudluğuna dəlillər gətirirdi və bu sınağı da nümunə olaraq göstərirdi. Həmin vaxt oxuculardan biri ufoloqa məktub göndərdi. Bu oxucu “Eldridj” gəmisinin sınaq zamanı yerdəyişməsinin şahidi olmuşdu. 1984-cü ildə “Filadelfiya sınağı” adlı film çəkildi və məşhurlaşdı.
Bu sınağı Amerika hələ də inkar edir, lakin çoxsaylı dəlillər və şahidlər onu təsdiqləyir. Hətta Vaşinqtonun həmin vaxt yaratdığı texnologiyanı təkmiləşdirdiyi haqda da informasiyalar var. Günümüzdə bir çox Amerika hərbi təyyarəsinin radara düşməməsinin səbəbi də məhz həmin texnologiyadır. Pentaqon bu texnologiyanı sirr kimi saxlayır.
Asif
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm


















.jpg)














.jpg)
