Tarix
Lenindən mükafat alıb SSRİ-ni söyən, bir gecədə inancını dəyişən, Stalinin bacarmadığı YƏHUDİ - - FOTO
“Stalin sisteminə tuş gələnlər kimlərdir? Ən dürüst, əxlaqlı, yaltaqlıqdan uzaq, başqalarına iftira atmayan… Etiraf edək ki, bu rejim ən yaxşıları məhv edir. Çünki yaxşı cəhətlər insanı şəxsiyyət edir. Bu rejimə isə şəxsiyyət deyil, asanlıqla, qorxu altında idarə olunan kölə lazımdır. Tarixdə hələ öz dövlətinin ziyalılarını bu qədər məhv edən rəhbər olmayıb”.
Təsəvvür edin, bu acı həqiqətin müəllifi bu sözləri gizlində və ya Stalin öləndən sonra deyil, birbaşa “xalqlar atası”nın hakimiyyətdə olduğu vaxt deyirdi. Haqlı olaraq fikir yaranar ki, adam cümlənin nöqtəsini qoyar-qoymaz güllələnib, ya da ən azından sürgün olunub, işgəncələrə məruz qalıb. Amma yox, nəinki bunlardan heç biri ilə üzləşməyib, əksinə hətta vəzifə də alıb – SSRİ Yazıçılar İttifaqının sədri! Dövrün ən məşhur jurnalı olan “Gənclik” (“Юность”) jurnalının baş redaktoru, qat-qat dövlət mükafatlarının sahibi Anatoli Aleksin.
Publika.az onunla bağlı yazını təqdim edir:

Bəs niyə Stalin ona dəymədi?! Bu rəhbərin sağlığına qədəh qaldırmayanların aqibəti qara zindanlar, güllələr olduğu halda Aleksin necə yaxa qurtardı? Üstəlik yəhudi ola-ola! Stalinin yəhudilərə aşkar nifrəti hər kəsə bəlli idi. Bu sualı bir dəfə (təbii ki sovetlər dağılandan sonra) yazıçının özünə vermişdilər. Onun cavabı isə maraqlı olub: “İnsanların susduran rejimdən hamı payını almışdı. Onlara nəyi danışıb-danışmamağı deməyə ehtiyac yox idi. Hər kəsin beynində şəxsi senzurası vardı. Elə mənim də. Nitqim rejimin əleyhinə olsa da, əslində yazılarım tam sovetlik idi. SSRİ-nin tələblərini, arzularını, ideyasını özündə daşıyırdı. Mən Lenin mükafatı almışam. Amma bir dəfə də olsun Lenini əsərlərimdə tərənnüm etməmişəm. Ümumiyyətlə, mənim əsərlərimdə bir cümlə siyasi fikir yoxdur. Niyə də olsun axı! Mən uşaq yazıçısıyam. Mənim işim onların tərbiyəsinə, zövqünə, düşüncəsinə, gələcəyinə xidmət edən yazılar verməkdir. Mən ailə yazıçısıyam. Mənim əsərlərimi valideyn rahatlıqla uşaqlarına oxuyub, onun içərisində heç bir eyhamın olmadığından arxayın ola bilər. Stalin də bunu yaxşı görürdü. Sovet ideologiyasına xidmət edən yazılara ehtiyac vardı. Ona görə də mənə dəymədi. Bəlkə də sonra işimi bitirəcəkdi. Amma ona da Stalinin ömrü yetmədi”.
Maraqlı yanaşmadır, bəlkə də çoxları üçün qənaətbəxş sayılmaz, çünki Stalin məhv etdiyi ziyalını asanlıqla əvəzləyə bilirdi. Elə Aleksinin dediyi kimi onun barmaq işarəsi ilə hərəkət edən nə çox ziyalı vardı ki! Stalin üçün əvəzedilməz şəxsiyyət anlayışı mövcud deyildi. Rejim nəinki sovet dönəmində, hətta sonralar da yeri dolmayan necə qələm adamlarını sildi, Aleksini də məhv etmək su içimi olardı, amma deyək ki, yazıçının izahının haqlı tərəfləri də var və şübhəli yanaşmanı bir kənara qoyaq. Çünki məsələnin əslini bilmək nə ədiblərə, nə də tarixçilərə bu günədək müyəssər olub. Dahi Viktor Hüqo deyirdi ki, “İnsanlar haqqında nə pis, nə də yaxşı danışmaq lazımdır. Nəyə layiqdirlərsə, necədirlərsə onu deyin!”. Hər halda Aleksinin layiq olduğu zirvəyə çatması üçün acı dili ona heç də mane ola bilmədi, əksinə həm ədəbi-siyasi mühitin, həm də Stalinin gözündə tam fərqini ortaya qoya bildi.

Aleksin 1924-cü ildə Moskvada tanınmış aktrisa Mariya Qobermanın ailəsində doğulub. Atası repressiya olunduqdan sonra anası teatrdan qovulub. Aleksin uşaqlıqdan şeirlər yazır, dayısı isə onu kiçik qəzet və jurnallarda çap etdirirdi. 1947-ci ildə Ümumittifaq Gənc Yazıçılar Forumuna qatılan Aleksin orada şeir və hekayəsini ustad yazıçılara oxuyur. Ona daha şeir yazmamağı, yalnız nəsrə yönəlməyi tövsiyə edirlər. Təsadüfən içəri girən böyük yazıçı Konstantin Paustovski deyir ki, “əgər hekayənin davamı da eşitdiyim əvvəli kimidirsə, onda onun redaktəsini üzərimə götürürəm”. Beləcə böyük ədəbiyyata nasir kimi gələn Aleksin çap olunmamış bütün şeirlərini yandırır. Sonralar özü bunu belə izah edirdi: “Mən ədəbiyyatı duzsuz, zəif poeziyadan xilas etdim”.
Atası “xalq düşməni” elan edidikdən sonra anası ilə aclıqdan ölmək təhlükəsi ilə üz-üzə qalıb. Onlar günlərlə su ilə “qida”lanırmışlar. Yalnız “Пионерская правда” qəzetinin rəhbərliyi rejimdən çəkinmədən ona cüzi miqdarda qonorar yazdıqdan sonra ana-bala ölümə qalib gələ bilir. Lakin ölüm onların izinə düşmüşdü. Müharibə başlayanda 17 yaşlı Aleksini anası ilə birlikdə Urala göndərirlər. Səfər düz yarım ay çəkir. Yolda xəstələnən anasınən vəziyyəti elə ağırlaşır ki, artıq sabaha çıxacağına ümid qalmır. Aleksin xatirələrində həmin günü belə təsvir edir: “Mən o gecə haqq yoluna gəldim. Xalq düşməninin oğlu olsam da əsl sovet məktəblisi idim, beynimiz ateizmlə yuyulmuşdu. Amma anamın o halını görəndə dizlərimi yaş torpağa atıb Tanrıya yalvarmağa başladım. Bu yaşıma qədər ilk dəfə Uca Yaradana müraciət edirdim: “İlahi, anama kömək elə!” - deyə-deyə ağlayırdım. O gecə Tanrı mənim səsimi eşitdi. Cəmi 15 dəqiqə sonra qonşu vaqonda cərrah bir xanımın səfər etdiyi məlum oldu. Daha doğrusu, qadın özü bizi tapdı, təbii ki, Tanrının iradəsi ilə! Onun yanında özü ilə apardığı cərrah alətləri və dərmanlar vardı. Tövləyə bənzəyən antisanitar vaqondaca anamı əməliyyat etdi. Tanrı anamın həyatını bizə bağışladı və o, həmin gecədən sonra 37 il daha ömür sürdü. Mən Tanrını həmin gecədən – 1941-ci ilin 1 noyabrından tanıdım və ömrümün qalan hissəsini ona dua etməkdən yorulmadım”.

Anatoli Aleksin 1993-cü ildə Rusiyanı tərk edərək İsrailə yerləşib. Artıq sovetlər dağıldığına görə onu buna məcbur edən də olmamışdı, sadəcə baş nazir İsaak Rabinlə görüşdən sonra belə qərara gəldiyini deyirdi. Ömrünün sonlarına yaxın isə Lüksemburqda yaşayan qızının yanına köçüb. Elə burada da, yəni 2017-ci ilin 1 mayında dünyasını dəyişib. İstər öz doğma yəhudiləri arasında, istərsə də Avropada ədəbi fəaliyyətini bir an da dayandırmayıb. Ancaq maraqlıdır ki, o, əsərlərini yalnız rus dilində yazırdı. Bəlkə də elə buna görə ona həmişə rus “Mark Tven” deyirdilər.
Şəfiqə ŞƏFA
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı












.jpg)








.jpg)



















