Tarix
Everestdə tapılan 10 cəsədin ölümünün sirrləri - - FOTOLAR
Dünyanın ən hündür zirvələrindən olan Everest dağında 250 nəfərdən çox alpinist cəsədinin olduğu deyilir. Zirvəni fəth etmək istəyən iddialı alpinistlərdən bir çoxu təəssüf ki, çətin hava şəraitinə dözməyərək dünyasını dəyişib. Cəsədləri hələ də dağın ətraflarında qalan insanların necə öldüyünü bilirsiniz?
Publika.az sizə Everestdə donaraq, ehtiyatsızlıq ucbatından dünyasını dəyişən 10 alpinistin faciəli ölümü haqqında maraqlı faktları təqdim edir:
Zirvə məsafəsini ölçməkdə yol göstərici hesab olunan "Yaşıl botlar"
1996-cı ildə zirvəni fəth etmək istəyən hindli alpinist Tsevanq Palkor qorxunc bir qar fırtınasında həyatını itirib. Ayağındakı yaşıl rəngli uzunboğaz botlarına görə alpinistin cəsədi "Yaşıl botlar" adlandırılıb. Palkorun cəsədi 2014-cü ildə tapılaraq daha alçaq bir yerə gətirilib.
Yatmış gözəl Frensis Arsentivin son saatları
Frensis və həyat yoldaşı Sergey Arsentiv Everest zirvəsini fəth etmək istəyən alpinistlərdən biri olub. Oksigen balonundan istifadə etmədən zirvəyə qalxan ilk amerikalı qadın olmağı hədəfləyən Frensis iki uğursuz cəhddən sonra nəhayət, zirvəyə çıxmağa müvəffəq olur. Buna baxmayaraq, o, qalibiyyətini qeyd edə bilmir. Qəflətən halı pisləşən Frensis huşunu itirir. Dağdan enən 2 alpinistə "Məni burada qoyub getməyin, ölümə tərk etməyin" deyə yalvarıb kömək istəyən Frensisə heç kim kömək edə bilmir. Alpinistlər onu xilas etməyə çalışsalar da, bütün cəhdləri nəticəsiz qalır. Onu orada ölümə tərk edib, geri qayıtmaq məcburiyyətində qalırlar.
Devid Şarpın mübahisəli ölümü
2006-cı ildə ingilis əsilli alpinist Devid Şarp Everest zirvəsinə dırmaşarkən "Yaşıl botlar"ın olduğu yerdə istirahət etmək üçün dayanır. Başını dizlərinə qoyub dincəlmək istəyən Devid bir daha ayılmır. Onun ölümü dünya mediasında çox geniş müzakirələrə səbəb olub. Çünki həmin an 40 nəfərdən çox alpinist Şarpın xırıltısını eşitsələr də, kömək etməyiblər. Zirvəyə ilk çatan Edmund Hillari bu faciəli hadisəni belə şərh edib: "Bir insanın həyatı hansısa zirvəni fəth etməkdən daha önəmlidir".
Bəlkə də Everest tarixini dəyişdirəcək adam - Corc Mellori
Zirvəyə 1924-cü ildə qalxan Mellorinin cəsədi 75 il sonra tapılıb. Onun zirvəyə çatıb-çatmadığı məlum deyil. Əgər zirvəyə çatdığı sübut edilə bilsəydi, Everestə çıxan ilk insan olaraq tarixə düşəcəkdi. Onun yıxılaraq beyin travması alması səbəbindən öldüyü iddia edilir.
Everestdə ölən ilk qadın - Hannelora Şmats
1979-cu ildə sərt şaxta səbəbindən həyatını itirən alman alpinistin son sözlərinin "Su... su" olduğu söylənilir. "Alman qadın" olaraq anılan Şmatsın çiyin çantasına söykənərək oturması gördüyünüz formada donmasına səbəb olub.
Zirvə səyahətindəki ingilis pilot Moris Uilson
Uilson Corc Mellorinin uğursuz cəhdini gerçəkləşdirdiyi yerdən zirvəyə çıxa biləcəyinə inanırdı və 1934-cü ildə bunu həyata keçirmək istəyərkən qar fırtınasına düşərək həyatını itirir. Ölümündən sonra alpinistin çiyin çantasından səyahət macərasını yazdığı gündəliyi tapılıb.
Məqsədinə çatdıqdan sonra gülümsəyərək ölən alpinist - Marko Siffredi
2002-ci ildə Marko və dostu qar skeyti ilə 12 saata zirvəyə çıxmağı bacarır. Zirvədə özünü çox yorğun hiss etdiyini deyən Markonun son sözləri "Yorğunam... Çoxlu qar... çoxlu hərəkət..." olur və bundan sonra üzündəki gülümsəmə ilə həyatla vidalaşır.
Everest faciəsində ölən Yasuko Namba
1996-cı ilin yazında Everestdə pis hava şəraitinin hökm sürdüyü zamanlarda baş verən dəhşətli qar fırtınasında yıxılıb qaldığı yerdə yorğunluqdan ölən 8 alpinistdən biri də yaponiyalı Yasuko olub.
Everestdə tükürpədici görüş
Everest "7 problemli zirvə" səfərinin dördünü tamamlayan Pitr Kinloçun üçün 5-ci hədəf olub. Zirvəni fəth edən alpinist geri dönərkən birdən-birə gözləri tutulur. 12 saat boyunca 3 nəfər ona dərman və oksigen verir. Hava qaralmağa başlayanda tibetli 3 nəfər onu tək qoyub gedir. Həyatını itirən Pitri aylar sonra Everestə səfər zamanı dostu Rodni Hoq görür və tanıyır.
NASA üçün texnikaları sınaqdan keçirərkən ölən astronavt Karl Qordon Henayz
1993-cü ildə uzun məsafəli səyahətlərin insan orqanizminə mənfi təsirlərini araşdırmaq üçün Everestə çıxan Karl NASA cihazının fərqli yüksəkliklərdə radiasiya təsirinə necə məruz qalmasını öyrənməyə çalışıb. Karl Qordon apardığı araşdırmaların ikinci günündə yüksək təzyiq səbəbindən xəstələnir və dünyasını dəyişir.
Könül Cəfərli
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO