Tarix
Azərbaycan tarixinə işıq salacaq tədqiqat
Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq sala bilər.
Publika.az xəbər verir ki, Arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Qarabağın Mil düzü ilə kəsişən dağətəyində, Xocavənd rayonu ərazisində yerləşən Nərgiztəpədə ilk tədqiqatlar 2013-cü ildə başlanıb.
Onun sözlərinə görə, 2014-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyilə araşdırmalar daha intensiv xarakter alıb.
“Son tədqiqatlar zamanı ərazidə 300-dən çox qəbir qeydə alınıb, onların topoqrafik planı çıxarılıb. Bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən baş daşları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub”
T.Əliyev qeyd edib ki, Nərgiztəpə Azərbaycan tarixinin bütöv bir mərhələsinə işıq sala biləcək bir abidədir. Burada qədim Azərbaycan dövləti olan Albaniyanın həm antik, həm də erkən orta əsrlər tarixini bütün çalarları ilə izləmək olar. Nərgiztəpədə aparılan arxeoloji tədqiqatlar qədim Azərbaycan əhalisinin mədəni təsərrüfat həyatında və dünyagörüşündə varisliyini bir daha təsdiq edir.
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi



































.jpg)