Dünyanın ən acgöz kralı: XIV Lüdovikin həyatından BİR DETAL - FOTOLAR
Bizi izləyin

Tarix

Dünyanın ən acgöz kralı: XIV Lüdovikin həyatından BİR DETAL - FOTOLAR

Hökmdar XIV Lüdovikin adı Fransada monarxiya hakimiyyətinin "qızıl əsri" ilə bağlıdır. Günəş-Kral ləqəbli monarxın məclisləri, balları və gəzintiləri məşhur idi. XIV Lüdovik haqqında çox yazılıb, eyni zamanda onun yemək "dərdi", başqa sözlə, acgözlüyü haqında da bir sıra tarixi qeydlər var.

Publika.az bu dəfə Kralın məhz bu yönünü – hər oturumda inanılmaz dərəcədə çox yemək yeməsi barədə oxucuları məlumatlandırır.

Şəkil. XIV Lüdovik və dayəsi.

XIV Lüdovikin hakimiyyəti dövründə saray təşrifatı güc toplayır, çox keçməmiş isə özünün zirvəsinə çatır. Hər məclis etiketə uyğun şəkildə olsa da, yüksək pafosla müşayiət olunurdu. Kralın yemək qəbul etməsi də istisna deyildi.

Qeyd etmək lazımdır ki, XIV Lui yüksək iştahası ilə hələ uşaqlıq dövründən digərlərindən fərqlənirdi. Hökmdar iki diş ilə doğulub, hansı ki, bunu həm də xoşbəxtlik əlaməti kimi qəbul edirdilər. Yalnız dayənin işi o qədər də rahat deyildi. 40 yaşında isə kral tamamilə dişlərsiz qalır, amma bu, demək olar ki, onun iştahasına heç cür təsir etmirdi.

Yuxudan ayılandan dərhal sonra XIV Lüdovik üçün bir fincan adaçayı və ya bir boşqab bulyon gətirirdilər. Bundan sonra onda həvəs oyanırdı. Kralın səhər yeməyi saat 12-də başlayırdı. Hökmdar təklikdə yemək yeməyi sevirdi, amma onun masasına gətirilən yeməklərin sayı inanılmaz dərəcədə çox idi. İlk olaraq, krala kəklik şorbasını verirdilər, sonra göyərçin supu və xoruz supu. Kral adətən onları bir boşqaba töküb qarışdrıb yeyirdi.

Şəkil. XIV Lüdovikin mətbəxi. Rəssam Frans Snayders.

Bundan sonra isti yeməklər gəlirdi. O dövrün tarixçiləri kral masasının üstünü elə təsvir edirlər ki, müasir insana bütün bunları təəccüblə oxumaq qalır: 13 göyərçindən ibarət çox böyük porsiya paştet, 4 quzu, qızardılmış hind quşları, kəklik çolpaları. Çərəz üçün isə kralın qarşısında böyük qab təzətər meyvə, eyni zamanda quru meyvələr, kompotlar və kasalarla mürəbbə olurdu. Çox güman ki, hökmdar masadakı bir sıra təamların dadına baxmırdı, amma mətbəxdən əksik nəsə gələndə xidmətçilərinə qəzəblənirdi.

Bir maraqlı fakt da ondan ibarətdir ki, kral ahıl yaşlarında dişlərsiz qaldığı üçün o, yeməkləri çeynəmirdi, onun parçalarını bütöv udurdu. Kralın bu üslubda qida qəbulu yazıçı Fransua Rablenin "Qarqantyua və Pantaqryuel" acgöz obrazlarında da öz əksini tapıb. Atası XIII Lüdovik ilə heç cür müqayisə olunmurdu, belə ki, atasının süfrəsinə yalnız ilıq bişirilmiş alma və ya albalı, əlavə olaraq isə bulyon və yumurta qoyulurdu.

Şəkil. XIV Lüdovikin naharına hazırlıq.

Günəş-Kralın növbəti qida qəbulu axşam saat 5-də başlayırdı. XIV Lui özü kimi acgöz olanları həvəsləndirir və tərifləyirdi. Əgər kimsə bir qəbulda donuzun bütöv başını yeyə bilərdisə, o, hökmdarın mərhəmətinə layiq görülürdü.

XIV Lüdovik katolik olduğu üçün, o da hamı kimi oruc tuturdu. Oruc zamanı kral yalnız xoruzdan, öküzdən, mal və qoyun ətindən, şorbadan imtina edirdi. Bu zaman ona isti ət əvəzinə balıq, krevet və s. gətirilirdi.

Şəkil. XIV Lüdovik. Rəssam Pyer Miqnard, 1695.

XIV Lüdovikin qidalanması insanları xeyli təəccübləndirsə də, baş verənlərdə müsbət məqam da tapmaq mümkündür: monarxın iştahası Fransada kulinariyanın ciddi inkişafına təkan verdi.

Zaur H.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm